ABŞ-də ermənipərəst namizəd seçki yarışından GERİ ÇƏKİLDİ – O, Trampa zəng edib nə dedi? 

ABŞ-də ermənipərəst namizəd seçki yarışından GERİ ÇƏKİLDİ – O, Trampa zəng edib nə dedi? 

“Tesla” və “SpaceX”in milyarder rəhbəri İlon Maskın ABŞ prezident seçkilərində dəstəklədiyi siyasətçi namizədlikdən geri çəkilib.

 

Sfera.az bildirir ki, respublikaçı biznesmen Vivek Ramasvami bu barədə qərarını açıqlayıb.

 

“Bloomberg”in xəbərinə görə, o, sabiq ABŞ Prezidenti Donald Trampa da zəng edib. “Mən onu Ayova ştatında respublikaçıların ön seçimlərində namizədliyi qazanması münasibətilə təbrik etdim. O cümlədən, Trampı prezidentlik yarışlarında dəstəklədiyimi bildirdim”, - Vivek əlavə edib.

 

Qeyd edək ki, ABŞ-də respublikaçıların praymerizi yanvarın 15-də Ayova ştatında başlayıb. İlkin səsvermənin nəticələrinə görə, Ramasvami cəmi 7,8 faiz səs toplaya bilib. Keçmiş prezident Donald Tramp təxminən 52 faiz səslə liderdir. İkinci yerdə isə Florida ştatının qubernatoru Ron Desantis qərarlaşıb. O, seçki yarışında iştirakını davam etdirmək niyyətində olduğunu açıqlayıb. Nəticələrə görə, BMT-nin keçmiş səfiri Nikki Heyli isə üçüncü yerdədir.

 

Xatırladaq ki, namizədliyini geri çəkən şəxs – Vivek Ramasvami ABŞ-də prezident seçkilərindəki debatlar zamanı Ukraynanın dəstəklənməsinə qarşı çıxıb. İş adamı həmçinin bəyan edib ki, Rusiya Federasiyası ilə Çin arasında müttəfiqlik Vaşinqton üçün ən böyük təhlükədir. Ramasvami həmçinin, erməni lobbisinə yaxınlığı ilə seçilir. O, keçmiş Qarabağ separatçılarının müdafiəçisi kimi də tanınır.

 

Günay


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...