Kolumbiyada tələfatla nəticələnən torpaq sürüşməsi - Ölənlərin sayı durmadan artır

Kolumbiyada tələfatla nəticələnən torpaq sürüşməsi - Ölənlərin sayı durmadan artır

Yanvarın 13-ü şənbə günü Kolumbiyada (Karmen de Atrato yaxınlığında) torpaq sürüşməsi baş verib. Nəticədə Medellin və Kibdo şəhərlərini birləşdirən yol bağlanıb.

 

Sfera.az xəbər verir ki, sürüşmə nəticəsində ən azı 33 nəfər həlak olub, daha 19 nəfər yaralanıb. Xilasetmə işləri davam edir.
 

Tonlarla torpaq və ağac qalıqları Medellin və Quibdo şəhərlərini birləşdirən yolu bağlayaraq insanları evlərinə sığınmağa məcbur edib. Bundan sonra daha bir sürüşmə baş verib ki, bu zaman insanlar evləri və maşınlarının içərisində “basdırılıb”.
 

Kolumbiya prezidenti Qustavo Preto zərər çəkmiş bölgəyə hər cür kömək göstəriləcəyini bildirib.
 

Sürüşmədən sağ çıxan bir kişi jurnalistlərə bildirib ki, əksəriyyəti uşaqlı qadınlardan ibarət 60-a yaxın adam evlərdən birinə toplaşıb. Lakin sonra bir neçə saniyə ərzində torpaq sürüşməsi evi və yaxınlıqdakı avtomobilləri də aşıraraq, onların hamısını yer üzündən silib.


Vitse-prezident Francia Marques Mina, Choco əyalətində axtarış və xilasetmə əməliyyatlarına yardım agentlikləri, yerli hakimiyyət orqanları, polis və ordunun cəlb edildiyini bildirib.


Qeyd edək ki, Sakit okean sahilindəki Choco əyaləti ərazisi sıx meşələrlə örtülüdür. Cümə və şənbə günləri güclü leysan yağması torpaq sürüşmələrinə səbəb olub.


Choco meri bəzi insanların hələ də dağıntılar altında qaldığını bildirib.


Hazırda Kolumbiyanın digər bölgələrində güclü quraqlıq hökm sürdüyü halda, ölkənin Hidrologiya Meteorologiya və Ətraf Mühitin Tədqiqatları İnstitutu Sakit okean sahilləri boyunca və Amazon tropik meşələrində güclü yağışlar və yaradacağı təhlükələr barədə əvvəlcədən xəbərdarlıq edir.


Aynil

 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...