“Ermənistanın silahlanmasına biganə qala bilmərik” – AÇIQLAMA 

“Ermənistanın silahlanmasına biganə qala bilmərik” – AÇIQLAMA 

Ermənistanın baş naziri Nikol Paşinyanın sülh danışıqlarında vaxtı uzatmaq cəhdləri heç də əbəs deyil.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib.

 

Onun sözlərinə görə, ermənilər gedən geosiyasi proseslərin dəyişəcəyinə, özləri üçün əlverişli şəraitin yaranacağına ümid edərək, həm Azərbaycanla sülh müqaviləsinin imzalanmasını yubadır, həm də bacardıqları qədər silahlanmağa çalışırlar:

 

“Hətta bəzi erməni politoloqları da Ermənistanın sürətlə silahlanmasını əsaslandırmağa çalışırlar. Lakin biz Ermənistanın silahlanma məsələsinə biganə baxa bilmərik”.

 

Əkrəm Baydəmirli bildirib ki, II Dünya müharibəsində bütün beynəlxalq aləmə meydan oxuyan Almaniya və Yaponiya yekunda məğlub olublar. “Həmin adı çəkilən ölkələrə qarşı müharibə cinayətlərinə görə ciddi sanksiyalar tətbiq edilib. Həm Almaniya, həm də Yaponiya mütəşəkkil ordu saxlamaq səlahiyyətindən məhrum edilib. Həmin beynəlxalq təcrübə Ermənistan üçün də tətbiq edilməlidir”, - qeyd edib.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....