Bu futbol komandasının üzvləri ölümlə üz-üzə qaldı - FOTO

Bu futbol komandasının üzvləri ölümlə üz-üzə qaldı - FOTO

Qambiya futbol komandası üzvləri Afrika Millətlər Kubokuna gedərkən qorxulu hadisə nəticəsində ölümdən çətinliklə xilas olublar.


Sfera.az xəbər verir ki, heyət şənbə günü start götürəcək turnir üçün Qambiyadan Fil Dişi Sahilinə yollanarkən problemlə üzləşib. Onlar təyyarə ilə havaya qalxdıqdan cəmi doqquz dəqiqə sonra çarter təyyarənin pilotu təcili eniş etmək məcburiyyətində qalıb.


Sərnişinlər "Air Cote d'Ivoire" təyyarəsində oksigen ehtiyatı azaldığı üçün boğucu dərəcədə isti şəraitdə oturmağa məcbur olublar. Keçmiş “Mançester Yunayted” oyunçusu Saidy Janko futbolçuların təyyarədən enərkən videosunu paylaşaraq, onların “güclü baş ağrıları və həddindən artıq başgicəllənmə”dən əziyyət çəkdiklərini, çoxunun isə huşunu itirdiyini söyləyib.


"Təyyarə mindikdən bir qədər sonra huşumuzu itirdik. Bir anlıq həyatım gözümün önündən keçdi. Hamımız ölmüş ola bilərdik",- futbolçu qeyd edib.


Qambiya Futbol Federasiyası isə ictimaiyyətə məlumat verib ki, “Scorpions”u Afrika Millətlər Kubokuna aparan təyyarə texniki nasazlıq səbəbindən geri qayıdıb. Ekipaj bunu başa düşüb və dərhal tədbir görüb.

İnci


OXŞAR XƏBƏRLƏR