Tramvay və metrobuslardan istifadə tıxac problemini həll edəcəkmi? - AÇIQLAMA

Tramvay və metrobuslardan istifadə tıxac problemini həll edəcəkmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında tramvay və metrobus ictimai nəqliyyat növlərinin yaradılması öz əksini tapıb.

 

Bunun nəticəsi olaraq tramvay - elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturunun genişlənməsi imkanı yarana bilər.

 

Paytaxtda yolların elə də geniş olmadığını nəzərə alsaq, yeniliklərdən sonra şəhərdə sıxlıq yarana bilərmi?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, layihənin dərhal icrası bizə zərər verə bilər:

 

“Tramvay şəbəkəsinin yaradılması sözsüz ki, bütün küçələri əhatə etməyəcək. Bu layihə üçün uyğun olan yerlərdə tramvay bərpa olunacaq. Təbii ki, 90-cı illərə qayıda bilməyəcəyik, həmin yol və sistem üzərindən bu bərpa mümkün deyil. Son zamanlar Bakıda xaotik tikinti bumu aparılır. Bir çox ərazilərdə yol şəbəkəsi təmamilə fərqli bir formaya salınıb ki, burada artıq tramvay xəttinin yaradılması xeyirdən çox ziyan verə bilər. Bu baxımdan, hesab edirəm ki, sözügedən infastruktur qurularkən bu məsələlər nəzərə alınacaq. İstənilən halda, bir iş görəndə əvvəlcədən ölçüb-biçmək lazımdır. Plan var deyə, dərhal icra olunmamalıdır. Layihənin icrası xaotik şəkildə aparılarsa, biz bundan zərər görə bilərik”.

 

Firuzə Əliyeva 


OXŞAR XƏBƏRLƏR

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...