Lirənin məzənnəsində növbəti ANTİREKORD

Lirənin məzənnəsində növbəti ANTİREKORD

Bu gün Türkiyədə birjalar açılandan sonra dollar/lirə məzənnəsində yeni rekord göstərici qeydə alınıb. 


Sfera.az xəbər verir ki, dolların məzənnəsi ilk dəfə olaraq 30 lirəni keçib. 


Xatırladaq ki, türk lirəsi 2020-ci ildən sonra sürətlə ucuzlaşır və bu proses hələ də davam edir. 2020-ci ilin sonunda Türkiyədə bir dollar 8 lirədən ucuz idi. Dolların məzənnəsi 2021-ci ilin noyabrında 10 lirəni, 2023-cü ilin mayında 20 lirəni ötüb. 


Lirənin davamlı ucuzlaşmasının səbəbi Türkiyənin cari əməliyyatlar balansında böyük kəsirin olmasıdır. Bu vəziyyət lirəni ucuzlaşdırmaqla yanaşı ölkədə yüksək inflyasiya da yaradır. Həm cari əməliyyatlar balansında kəsirin yaranması, hən də yüksək inflyasiya lirədən qaçışı gücləndirir. 


Lirənin uzuclaşması Azərbaycanda da baş verir. Bu gün Azərbaycan Mərkəzi Bankının elan etdiyi məzənnələrə görə, bir lirə 5,67 qəpikdir. Başqa cür müqayisə etsək, 5,67 manata 100 lirə almaq olar. 


Kommersiya banklarında lirə daha ucuz alınır. Banklarda 100 lirənin nağd alış qiyməti 3,85 manat, nağdsız alış qiyməti 4,4 manat, satış qiyməti isə 6,85 manat təşkil edir. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...

Azad edilmiş daha 8 rayona şəxsi maşınla GETMƏK OLACAQ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.   Sfera.az xəbər verir ki, bu bar...