Dələduzluq halları getdikcə artır, vətəndaşlar qurban olmamaq üçün nə etməlidir? - Vəkil YOL GÖSTƏRDİ

Dələduzluq halları getdikcə artır, vətəndaşlar qurban olmamaq üçün nə etməlidir? - Vəkil YOL GÖSTƏRDİ

Ötən gün xarici ölkələrə viza düzəltmək adıyla vətəndaşlara qarşı çoxsaylı dələduzluq əməllərində şübhəli bilinən Piriyev Rüfət polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. “Abroad” MMC-nin rəhbəri və “Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan adıçəkilən şəxs barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Təəssüf ki, oxşar dələduzluq halları getdikcə artmaqda davam edir. Vətəndaşların bir çoxu viza düzəldənlərin, pul qarşılığında başqa ölkələrə göndərənlərin qurbanı olurlar. 

 

Bəs həmin şəxsləri qanunvericiliklə hansı cəzalar gözləyir? Vətəndaşlar xüsusilə, bu mövzularda aldanmamaq üçün nə etməlidirlər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə istinad edib:

 

“Bu maddəyə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ümumiyyətlə, viza düzəltmək, başqa ölkələrə pul qarşılığında göndərmək, dövlət orqanında işə düzəltmək, ödəniş kartından hər hansı xidmət müqabilində pul çəkmək kimi dələduzluq növləri ölkəmizdə geniş yayılıb. Belə hallardan qorunmaq üçün vətəndaşların tanımadıqları şəxslərlə iş görməməsini, əgər iş görərlərsə də, onlardan şəxsiyyət vəsiqələrinin surəti və digər şəxsi məlumatlarını əldə etməyini tövsiyə edərdim. Çünki adətən dələduzların bir qismi onlardan şəxsiyyət vəsiqəsi istənilən zaman necə deyərlər “aradan çıxırlar”. Onlar bilirlər ki, şəxsiyyət vəsiqələrini atsalar, bu, gələcəkdə onlar üçün ciddi problem olacaq”.

 

Müsahibimiz bildirib ki, daha peşəkar dələduzlar qurbanlarında inam yaratmaq üçün başqa şəxslərin şəxsiyyət vəsiqəsini atırlar:

 

“Yəni dələduzdan şəxsiyyət vəsiqəsini almaq belə, hələ baş verəcək hadisədən vətəndaşı tam sığortalamır. Ona görə də insanlar hansı xidmət sahəsinə müraciət edirlərsə etsinlər, mütləq araşdırma aparmalı, işlərini peşəkar şəxslərə həvalə etməli, xidməti vəsiqə, sertifikat, lisenziya kimi şəxsin gördüyü işin rəsmiliyini təsdiqləyən sənədləri tələb etməlidirlər.  Məsələn, vəkil olmayıb vəkillik fəaliyyəti ilə məşğul olurmuş kimi görünən kifayət qədər dələduz var. Vətəndaşın pulunu alıb yoxa çıxırlar. Onlar elə kamuflyaj olunurlar ki, vətəndaşlar həmin şəxsin vəkil olduğuna bir an belə şübhə etmirlər. Bu hal tək vəkilliyə deyil, digər xidmət sahələrinə də aiddir. Yəni digər işlərdə də bu cür dələduzlar olur. Ona görə də maksimum diqqətli, ayıq-sayıq olmaq lazımdır ki, dələduzların toruna düşməsinlər. Belə hallarla qarşılaşan aldanmış vətəndaşlar hadisənin baş verdiyi yerin rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət edə bilərlər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...

Azad edilmiş daha 8 rayona şəxsi maşınla GETMƏK OLACAQ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.   Sfera.az xəbər verir ki, bu bar...