Dollar bolluğu Mərkəzi Bankı zənginləşdirir – ŞƏRH

Dollar bolluğu Mərkəzi Bankı zənginləşdirir – ŞƏRH

2023-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarında ciddi artım baş verdi. 


Sfera.az xəbər verir ki, 2022-ci ilin sonunda 8,996 milyard dollar dəyərində xarici valyutaya sahib olan AMB ehtiyatların həcmini 2023-cü ilin sonunda 11,613 milyard dollara çatdıra bilib. Bir il ərzində AMB-nin ehtiyatları 2,617 milyard dollar və yaxud 29 faizdən çox artıb. 


Ehtiyatlarda ötən il qeydə alınan artım son illərin ən yüksək artım göstəricisidir. AMB-nin valyuta ehtiyatları 2022-ci ildə 1,921 milyard dollar, 2021-ci ildə 706 milyon dollar, 2020-ci ildə 111,4 milyon dollar, 2016-cı ildə 1,36 milyard dollar artışdı. 


Xatırladaq ki, AMB-nin valyuta ehtiyatlarının həcmi ən yüksək həddə 2014-cü ildə çatıb. Həmin ilin iyulun sonunda AMB 15,193 milyard dollardan artıq ehtiyata sahib idi. Daha sonra ehtiyatların həcmi sürətlə azaldı və 2016-cı ilin dekabrında 3,974 milyard dollara düşdü. 


Hazırkı göstərici 2014-cü ilin iyulundakı göstərici ilə müqayisədə 3,58 milyard dollar az olsa da, 2016-cı ilin dekabrındakı göstəricidən 7,639 milyard dollar, yəni 2,92 dəfə çoxdur. 


AMB-nin valyuta ehtiyatlarında 2022 və 2023-cü illərdə sürətli artın müşahidə edilib. İki il ərzində qurum ehtiyatlarını 4,538 milyard dollar, yaxud 64 faizdən çox artıra bilib. 


AMB-nin ehtiyatlarını qısa müddətdə bu qədər sürətlə artırmasının səbəbi ölkəmizdə dollar bolluğunun yaranmasıdır. Rusiya-Ukrayna müharibəsinin başlanması Rusiyadan ölkəmizdə böyük məbləğdə nağd vəsaitin daxil olmasına səbəb olub. İki il ərzində yalnız fiziki şəxslər tərəfindən Rusiyadan banklar və poçt vasitəsilə 3 milyard dollardan çox vəsait köçürülüb ki, bu da olduqca yüksək məbləğdir. 


Müharibənin yaratdığı digər imkanlar nəticəsində Azərbaycanda dollar təklifi ən yüksək həddə çatıb və ölkəmizdə valyuta artıqlığı yaranıb. Xarici valyutada yaranan artıqlığı aradan qaldırmaq üçün AMB əlavə vəsaitləri alaraq əvəzində dövriyyəyə manatla pul kütləsi buraxıb. Bu əməliyyatlar AMB-nin ehtiyatlarının artmasına səbəb olub.  


Qeyd edək ki, bu vəziyyətdə AMB bazara müdaxilə edib artıq olan xarici valyutanı almasa, o zaman manat bahalaşmalıdır. Məhz məzənnənin sabit qalması üçün AMB artıq vəsaiti alır və ehtiyatlar artır. 


Ehtiyatların artmasına valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunana gəlir də təsir edir. Amma bu təsir məzənnənin sabit saxlanılması üçün artıq olan xarici valyutanın alınması qədər güclü olmur. 


AMB-nin valyuta ehtiyatlarının mövcud həcmi valyuta ehtiyatlarının kifayətliliyinə imkan verir. Beynəlxalq standartlara əsasən, ehtiyatların həcmi ölkənin üç aylıq idxalından, pul kütləsinin 20 faizindən və ya ölkənin birillik xarici borcundan çoxdursa, o halda ehtiyatların həcmi yetərlidir. 


AMB-nin hazırki ehtiyatlarının həcmi bu standartlardan xeyli yüksəkdir. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi ərazilərdə leysan olacaq

Mayın 15-də gözlənilən hava şəraiti açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bakı və Abşe...

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

“Melissa Group”un rəhbəri həbsdən buraxıldı

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb.  ...