"Ukraynaya milyardlarla dollar veriləcək, NATO-ya qəbul ediləcək" - BƏYANAT

NATO 2024-cü ildə Ukraynaya “milyarlarla avro dəyərində böyük yardım” vəd edib, lakin konkret məbləğ və vəsaitin istiqamətləri barədə məlumat verməyib.
 

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna-NATO Şurasının iclasının yekunları üzrə dərc olunmuş bəyanatda məlumat verilib.
 

Şuranın bəyanatında deyilir: "Bu gün müttəfiqlər Ukraynaya əhəmiyyətli hərbi, iqtisadi və humanitar yardım göstərməyə davam edəcəklərini açıqladılar və bir çox müttəfiqlər 2024-cü ildə milyardlarla avro əlavə imkanlar təqdim etmək planlarını bildiriblər".
 

Bəyanatda Kiyevə göstərilən yardımın həcmindən də bəhs edilir. Xüsusilə, sənədə əsasən, Almaniya bu yaxınlarda Ukraynaya "Patriot" və "Skynex" hava hücumundan müdafiə sistemləri, həmçinin əlavə "IRIS-T" hava hücumundan müdafiə raketləri, Böyük Britaniya isə 200-ə yaxın hava hücumundan müdafiə raketləri göndərib.
 

Bundan əvvəl Litva prezidenti Gitanas Nauseda Ukraynanın NATO-ya qəbul ediləcəyini, lakin tarixlə bağlı məsələnin həllinə ehtiyac olduğunu bildirmişdi.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...