Lotereyada qazandığı milyonlar şanslı qalib üçün lənətə çevrildi

1995-ci ildə lotereyada 2,8 milyon funt sterlinq qazanan keçmiş antikvar satıcısı Mayk Antonuççi bütün sərvətini lazımsız şeylər və dəbdəbəli hədiyyələrə xərcləyib.
Sfera.az bildirir ki, lototeyada milyonlar qazanan Mayk əvvəl işini atıb. Daha sonra səyahətə və dəbdəbəli alış-verişə pul xərcləyən adam, demək olar ki, həyatı “vəhşicəsinə” yaşayıb. Onun hekayəsi bir çox nəşrlərin manşetlərinə çevrilib.
Böyük cek-potu qazanan şanslı adam ömrünün qalan hissəsində də varlı olacağını düşünürdü. Tez bir zamanda işini tərk edən Mayk, səyahətə, lüks alışlara, xüsusən də sürət avtomobilləri və yaxtalara pul xərclədi.
Mayk 22 yaşlı top-model Kelli Arkinslə evlənib. Mayk sevgilisi üçün döş implantları alıb. O, Baham adalarında 485 min funt-sterlinqə başa gələn dəbdəbəli toy mərasimi təşkil edib. Ancaq onların evliliyi cəmi 12 həftə davam edib.
Multimilyonçu daha sonra masaj salonuna, bar, gecə klubu və pop musiqi məkanına böyük məbləğdə pul yatırıb. O, həmçinin 36,4 milyon dəyərində mülk, limanda 12,1 milyona mənzil və 9,7 milyona qayıq alıb.
Bu dəbdəbəli həyat tərzi on il ərzində öz axarında davam edib. Bir sıra uğursuz biznes layihələri səbəbindən Mayk iş axtarmalı olub.
Mayk Antonuççi bütün sərvətini itirib.
Onun adı sonuncu dəfə 2012-ci ildə xəbərlərdə eşidilib. Hal-hazırda nə ilə məşğul olduğu məlum deyil.
Aynil
Sfera.az