PSJ-də Messiyə lazımi qiymət verilmədi - MBAPPE

PSJ-də Messiyə lazımi qiymət verilmədi - MBAPPE

PSJ-nin hücumçusu Kilian Mbappe hesab edir ki, Lionel Messi Fransa yığmasında lazımi səviyyədə qiymətləndirilməyib.

 

Sfera.az xarici mediaya istinadla bildirir ki, futbolçu fikrini belə izah edib:

 

“Messi əslində bütün təriflərə layiqdir, amma Fransada layiq olduğu hörməti görmədi”.

 

Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib. Ümumilikdə o, parislilərin heyətində 75 oyun keçirib, 32 qol vurub və 35 məhsuldar ötürmə edib.

 

2023-cü ilin iyununda 36 yaşlı argentinalı MLS-dən “İnter Mayami”yə keçib. Onun komanda ilə müqaviləsi 2025-ci ilə qədərdir.


OXŞAR XƏBƏRLƏR