Nazir Xankəndidəki oyundan danışdı
İdman
18:40 / 30.12.2023
7579
30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə ilk futbol matçının Xankəndi şəhərində keçirilməsi idman tariximiz üçün şərəfli səhifədir.
Sfera.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov dekabrın yekunlarına həsr olunmuş yazısında bildirib.
Nazir dekabrın 21-də Azərbaycan Kubokunun 1/8 final mərhələsində baş tutan “Qarabağ”-MOİK görüşünü ilin hadisəsi adlandırıb:
“Şübhəsiz, təkcə dekabrın deyil, ilin ən sevincli idman hadisəsi Xankəndidə yaşandı. Oyunu Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın stadionda şəhid övladları ilə birgə izləməsi qürurverici idi”.