“Qalatasaray”-“Fənərbaxça” oyunu təxirə salındı
“Qalatasaray” və “Fənərbağça” arasında keçirilməsi nəzərdə tutulan Super Kubok matçından əvvəl insident yaşanıb.
Sfera.az xəbər verir ki, klublar Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək oyuna “Yurdda Sülh, Dünyada Sülh” pankartı və Atatürkün rəsmi olan köynəklərlə çıxmaq istəsə də, yerli rəhbərlik buna icazə verməyib.
Türkiyə Futbol Federasiyası (TFF) insidenti həll etmək üçün səlahiyyətlilərlə danışıqlara başlayıb. TFF-dən verilən məlumata görə, matçdan əvvəl İstiqlal Marşının oxunacağı vurğulanıb.
Səudiyyə Ərəbistanı rəhbərliyinin verdiyi qərarlar iki klubu hərəkətə keçirib. Belə ki, yaşanan olaydan sonra “Qalatasaray” klubunun prezidenti Dursun Özbek və “Fənərbaxça” klubunun rəhbəri Ali Koç TFF prezidenti Mehmet Büyükekşi ilə görüşüb.
Oyunun təxirə salınacağı ehtimal edilir.
***
Türkiyə Superkuboku matçı keçirilməyəcək.
Sfera.az xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan "Fənərbaxça" - "Qalatasaray" matçı ərəblərin bəzi qadağaları səbəbiylə ləğv olunub.
Belə ki, matçın başlanmasına dəqiqələr qala stadionda qoşulan ərəb mahnıları türk azarkeşlərin kəskin narazılığına səbəb olub.
Komandalar isə Türkiyə Futbol Federasiyasına oyuna çıxmayacaqlarını bildirib. İddialara görə, iki klub da artıq Türkiyəyə qayıtmaq üçün yola düşməyə hazırlaşırlar.