Rusiyanın 2 klubu “Qarabağ”ın qapıçısı ilə maraqlanır

Rusiyanın 2 klubu “Qarabağ”ın qapıçısı ilə maraqlanır

Rusiyanın 2 klubu “Qarabağ”ın futbolçusu Andrey Lunyovla maraqlanır.

 

Sfera.az xəbər verir ki, bu barədə “inkazan.ru” məlumat yayıb.

 

Bildirilir ki, Premyer Liqa təmsilçiləri “Rubin” və “Rostov” qapı xəttini 32 yaşlı qolkiperlə gücləndirmək fikrinə düşüblər. Hər iki klub Lunyovla müqavilə bağlamaq imkanlarını nəzərdən keçirir.

 

Qeyd edək ki, Andrey Lunyovun “Qarabağ”la müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir. Rusiya millisinin üzvü ölkəsində son olaraq 2017-2021-ci illərdə “Zenit”in formasını geyinib.


OXŞAR XƏBƏRLƏR