XİN-də kifayət qədər vakansiya var - Nazir

XİN-də kifayət qədər vakansiya var - Nazir

Kadr islahatı hər bir qurum üçün əsas istiqamətdir.

 

Sfera.az-ın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

 

O bildirib ki, XİN-də ciddi islahatlar həyata keçirilib:

 

"İşə qəbul prosesinin ikinci mərhələsinin yekun mərhələsindəyik. Birinci mərhələdə 65 nəfər nazirlikdə işə qəbul hüququnu əldə edib".

 

Nazirin sözlərinə görə, gənc diplomatların xeyli hissəsi xarici diplomatik missiyalara göndərilib:

 

"Gənc istedadlı kadrların olması bizi daha da ruhlandırır. Hələ də kifayət qədər vakansiya var. 60-70 nəfər gənci həmin vakant yerlərdə görməkdən şad olacağıq".


OXŞAR XƏBƏRLƏR