“Qarabağ” ilin komandası elan edildi
İdman
00:00 / 27.12.2023
10157
Gənclər və İdman Nazirliyi 2023-cü ilin idman yekunlarına həsr olunmuş tədbir keçirib.
Sfera.az xəbər verir ki, “Buta Palas”da təşkil olunan mərasimə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri qatılıblar.
Bədii gimnast Zöhrə Ağamirova ilin ən yaxşı qadın, cüdoçu Hidayət Heydərov isə ən yaxşı kişi idmançısı adına layiq görülüb.
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” ilin ən yaxşı komandası elan olunub. 2023-cü ilin ən yaxşı məşqçisi isə “Qarabağ”ı çalışdıran Qurban Qurbanov seçilib.
İlin federasiyası isə Azərbaycan Gimnastika Federasiyasıdır.