Siyasət Əsgərov Türkiyə klubundan ayrıldı
İdman
00:04 / 26.12.2023
7356
Azərbaycanın qadın futbolçulardan ibarət yığmasının baş məşqçisi Siyasət Əsgərov Türkiyənin “Fomget” klubundan ayrılıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə klubu məlumat yayıb.
Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər.
Komandanı bundan sonra Əsgərovun köməkçisi çalışdıracaq.
Xatırladaq ki, “Fomget” Əsgərovun rəhbərliyi altında Türkiyə Qadınlar Superliqasının son mövsümünün çempionu olub.