Dünyada dollar UCUZLAŞIR - STATİSTİKA

Dünyada dollar UCUZLAŞIR - STATİSTİKA

ABŞ Federal Ehtiyat Sisteminin (FED) faizləri artırmayacağına dair əminliyin yaranması qlobal səviyyədə dolların məzənnəsini azaldır. 


Sfera.az xəbər verir ki, belə bir əminlik son ayyarımda gücləndiyindən dollar davamlı dəyər itirir. Bunu dolların ortaq məzənnə dəyərini ifadə edən Dollar İndeksindəki dəyişiklikdən daha aydın görmək olur.  

 

2023-cü ilin noyabrın əvvəlində Dollar İndeksi 106,8 səviyyəsində idi. İndeks dekabrın əvvəlində 104,1 həddinə, bu gün isə 101,4 həddinə düşüb.


Dəyişiklikdən görünür ki, dollar ayyarım ərzində 5 faizdən çox ucuzlaşıb. ABŞ valyutasının ucuzlaşmasını avro ilə olan məzənnə dəyişikliyindən də görmək olur. 


Noyabrın əvvəlində bir avro 1,05 dollar olduğu halda hazırda 1,1 dollardan bahadır. 


Dollar 2024-cü ildə də ucuzlaşa bilər. FED-in açıqlamalarından aydın olur ki, ABŞ-də inflyasiya azaldığından faizlər artırılmayacaq, əksinə faiz dərəcələrinin gələn ilin ikinci yarısından aşağı salınmasına başlanılacaq. Faizlərin azaldılması ilə yanaşı tədricən yumşaq pul-kredit siyasətinə keçilməsi də gözlənilir. Bu şərtlər daxilində dolların bir qədər də ucuzlaşma imkanı var. 


ABŞ dollarının ucuzlaşması beynəlxalq birjalarda qızılın, neftin və digər dəyərli birja əməliyyatları zamanı müəyyənləşən məhsulların bahalaşmasına səbəb olacaq.


Vasif


OXŞAR XƏBƏRLƏR

“Azərçay”la bağlı iddialara “Azersun”dan cavab: "Dəyişiklik yoxdur"

"Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən “Azerçay” məhsullarının dizaynında və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur"...

Pirallahıda əməliyyat keçirilib - 42 kq narkotik vasitə aşkar olunub

Pirallahı rayonunda keçirilən əməliyyat zamanı 1975-cı il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Pirallahı rayon sakini 50 y...

Gəncədə ev yanır

Gəncədə yanğın hadisəsi baş verib.   Sfera.az "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin Cavdaxan qəsəbəsində qeydə alını...

Ermənistanla sərhəddə nüvə təhlükəsi: “Partlamağa hazır saatlı bombadır”

Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası bölgə üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Mütəxəssislər sovet dövründə inşa edilən bu nüvə obyektin...

Abşeronda sexdə yanğın oldu - VİDEO

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində sexdə yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112...

İstanbul yaxınlığında içərisində 12 nəfərin olduğu yaxta yanır

Türkiyənin İstanbul şəhəri yaxınlığında yerləşən Kınalıada ərazisində yaxta yanır.   Sfera.az xəbər verir ki, bu barədə "Haber Global" məlu...