"Nikol Paşinyanı “Qarabağ klanı” ilə gərgin mübarizə gözləyir" - ŞƏRH

“Baş nazir Nikol Paşinyanı və onun hökumətini yaxın günlərdə İrəvanda Qarabağ separatçılarının tör-töküntüləri, o cümlədən radikal müxalifətin simasında “Qarabağ klanı” ilə gərgin mübarizə gözləyir”. 

 

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib:

 

Mütəxəssisin sözlərinə görə, Paşinyan anlayır ki, bu qrupları neytrallaşdırmasa və separatçıların İrəvandakı “nümayəndəliklərini” qapatmasa, Azərbaycanla sülh sazişinin imzalanması çətinləşəcək:

 

“Ermənistan ərazisindən Azərbaycan ərazisinə iddia edən separatçılar gələcəkdə fərqli təxribatlara əl atacaqlar. Buna görə isə Ermənistan hakimiyyəti cavabdehlik daşıyacaq. İrəvandakı gənc daşnaklar bugünlərdə təxribata əl ataraq körpülərdən birinin altında həbs olunan separatçıların azadlığını tələb edərək onların şəkillərini asıblar. Ermənistanın hakimiyyət orqanları bir müddət sonra həmin şəkilləri yığışdırıblar. Növbəti mərhələdə Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən separatçıların fəaliyyəti dayandırılmalıdır. Paşinyanın tərəfdarları Qarabağ separatçılarını nəzərdə tutaraq bildiriblər ki, Ermənistan ərazisində “ikinci hökumət” və ya “ikinci parlamentin” fəaliyyətinə imkan verməyəcəklər. Dediklərini etməlidirlər”.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

“Azərçay”la bağlı iddialara “Azersun”dan cavab: "Dəyişiklik yoxdur"

"Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən “Azerçay” məhsullarının dizaynında və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur"...

Pirallahıda əməliyyat keçirilib - 42 kq narkotik vasitə aşkar olunub

Pirallahı rayonunda keçirilən əməliyyat zamanı 1975-cı il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Pirallahı rayon sakini 50 y...

Gəncədə ev yanır

Gəncədə yanğın hadisəsi baş verib.   Sfera.az "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin Cavdaxan qəsəbəsində qeydə alını...

Ermənistanla sərhəddə nüvə təhlükəsi: “Partlamağa hazır saatlı bombadır”

Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası bölgə üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Mütəxəssislər sovet dövründə inşa edilən bu nüvə obyektin...

Abşeronda sexdə yanğın oldu - VİDEO

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində sexdə yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112...

İstanbul yaxınlığında içərisində 12 nəfərin olduğu yaxta yanır

Türkiyənin İstanbul şəhəri yaxınlığında yerləşən Kınalıada ərazisində yaxta yanır.   Sfera.az xəbər verir ki, bu barədə "Haber Global" məlu...