Pulsuz prosedur hədiyyə qazanan qadın həyatı kabusa çevrildi - FOTO

Pulsuz prosedur hədiyyə qazanan qadın həyatı kabusa çevrildi - FOTO

Son zamanlar plastik cərrahiyyə çox populyarlaşıb. Görünüşündə kiçik dəyişikliklər etmək istəyənlər dərhal plastik əməliyyata müraciət edirlər.
Gözəllik standartlarına cavab vermək və ya xoşbəxt hiss etdikləri bədəndə olmaq üçün ağlasığmaz estetik prosedurlar mövcuddur. Ən məşhur prosedurlardan biri də dodaq dolğusudur.

 

Sfera.az bildirir ki, bir həkimin onlayn təşkil etdiyi Giveaway yarışında pulsuz dodaq dolğusu prosedurunu qazanan sosial media fenomeni həyatının peşmanlığını yaşayıb. Gənc qadının dodaqları dəhşətli forma alıb və az qala üzünün yarısını örtüb.


Daha dolğun dodaqlar istəyən insanlar dodaq dolğusuna üstünlük verirlər, ancaq bu, çox həssas bir prosesdir.


Populyar və təhlükəsiz bir prosedur olsa da, nəzarət edilən yerdə mütəxəssislər tərəfindən həyata keçirilməsi həyati əhəmiyyət kəsb edir.
 

Bunun vacibliyini göstərən hadisə TikTok fenomeni olan gənc qadının başına gəlib.

 

Sosial media fenomeni Jessica Burko da həyatının ən qorxulu təcrübəsini yaşayıb.


Daha əvvəl 6 dəfə dodaq dolğusu etdirən gənc və gözəl qadın sonuncunda qorxulu fəsad yaşayıb.
Həkimin keçirdiyi Giveaway-də pulsuz dodaq dolgusu qazanan Burko bundan yararlanmağa qərar verib.


Burko: “Açığı, mən nəyin səhv olduğunu başa düşmədim. Dodaqlarımı bir neçə dəfə düzəltdirmişdim"-deyir.
Burko, prosedurdan sonra güzgüyə baxan kimi dodaqlarının nə qədər şişdiyini hiss etdiyini bildirib.


“Düşündüm ki, bəlkə də bir ilə yaxın dodaqlarımı düzəltmədiyim üçün olub. Maşınıma çatanda nəyinsə səhv olduğunu başa düşdüm”.
Həkim otağına qayıtdığını bildirən fenomen ona nəyinsə düz olmadığını bildirib.


Dodaqları isə getdikcə daha da pisləşib.


Bundan sonra gənc qadın dolğunu əritmək qərarına gəlib. Xoşbəxtlikdən gənc qadının dodaqları normala dönüb.


Yaşadıqlarından sonra Burko izləyicilərinə pulsuz hədiyyələrdən şirniklənməmək barədə xəbərdarlıq edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı təsis edilib

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.  ...

Vergi Məcəlləsinə dəyişiklik qüvvəyə minib

Prezident İlham Əliyev Milli Məclisin aprelin 11-də qəbul etdiyi Vergi Məcəlləsində və digər 10 qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.  ...

Rusiya nümayəndə heyəti İstanbuldadır - "Rəsmi Moskva ciddi işə hazırdır"

Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar üçün İstanbula gəlib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zax...

Azərbaycan bu ölkələrdən 1,7 milyard dollarlıq qızıl alıb - Siyahı

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana 1 milyard 703,7 milyon ABŞ dolları dəyərində 18 min 941,9 kiloqram qızıl idxal edilib.   Sfera.az...

Bülent Ersoy vəsiyyətini açıqladı - Tanınmış müğənni nələrə sahibdir?

Dəbdəbəli həyatı və bahalı zövqləri ilə ara-sıra gündəmdə olan türk müğənnisi Bülent Ersoy İzmirdə səhnəyə çıxıb. Səhnədə vəsiyyəti ilə bağlı açıqlama verən müğ...

Fuad Nağıyev bəzi idarələrə rəis təyin etdi

“Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma ...