Şahzadə Diananın sevimli manikürü dəbə qayıtdı - FOTO

Şahzadə Diananın sevimli manikürü dəbə qayıtdı - FOTO

Məlum olduğu kimi, Kral ailəsinin yazılmamış qanunları var. Lakin Şahzadə Diana bütün dünyaya qaydaların pozulmaq üçün yaradıldığını göstərib.
 

Sfera.az bildirir ki, eksperimentlərə olan bütün sevgisi ilə Diana, hələ 1990-cı illərdə Fransız manikür tərzini dəbə gətirmişdi. Diana fransız manikürünün pərəstişkarı idi. "The Crown" serialının son seriyasından sonra isə bu manikür yeni populyarlıq qazanıb.
 

Şahzadə kral ailəsinin sərt qaydalarını sistematik şəkildə pozması ilə tanınırdı. O, oğulları Şahzadə Uilyam və Şahzadə Harrini “McDonald's”a aparır, normal valideynlik yaşatmaq üçün onlarla birlikdə gəmilərə minirdi.


Bunlardan əlavə, Ledi Diana rəngli tayt geyinməsi, boyunbağı kimi tac taxması, mavi göz layner çəkməsi və dırnaqlarını parlaq qırmızı lakla boyaması ilə məşhur idi. Bu, kral ailəsindən olan bütün xanımların təmkinli və sadə manikürə üstünlük verdiyi zamanlara təsadüf edirdi.
 

Kraliça Elizabet isə həmişə “Essie's Ballet Slippers” kimi incə çalarlara üstünlük verirdi.
 

Fransız manikürü son illərdə bəzi dəyişikliklərə məruz qalsa da, heç vaxt dəbdən düşməyib. Dar uclu dırnaqlar və badam quruluşu bu manikür tərzinə müasir bir forma bəxş edir. Lakin xanımlar daha çox 1990-cı illərin forma və üslubunun yenidən görünməsini istəyir. 1990-cı illərin dəbi isə şişkin üslublu, düz və geniş çiyinlərə bənzəyir.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

"Tehranın artıq suyu yoxdur, paytaxt köçürülməlidir” - Pezeşkiyan

İran ciddi su böhranı ilə üzləşib. Prezident Məsud Pezeşkiyan vəziyyətin kritik olduğunu bildirərək, paytaxt Tehranın köçürülməsini təklif edib.  Sfer...

“Azərçay”la bağlı iddialara “Azersun”dan cavab: "Dəyişiklik yoxdur"

"Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən “Azerçay” məhsullarının dizaynında və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur"...

Bodrumda Elgizin başına gələnlər

Aparıcı Elgiz Əkbər Bodrumda istirahətdə olarkən başına gələni danışıb.   Sfera.az Axşam.az-a istinadla xəbər verir ki, aparıcı verilişində bir daha ...

Pirallahıda əməliyyat keçirilib - 42 kq narkotik vasitə aşkar olunub

Pirallahı rayonunda keçirilən əməliyyat zamanı 1975-cı il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Pirallahı rayon sakini 50 y...

Gəncədə ev yanır

Gəncədə yanğın hadisəsi baş verib.   Sfera.az "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin Cavdaxan qəsəbəsində qeydə alını...

Ermənistanla sərhəddə nüvə təhlükəsi: “Partlamağa hazır saatlı bombadır”

Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası bölgə üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Mütəxəssislər sovet dövründə inşa edilən bu nüvə obyektin...