“Başqa seçim ola bilməz...” – Sənət adamları prezident seçkilərində kimi dəstəkləyir?

“Başqa seçim ola bilməz...” – Sənət adamları prezident seçkilərində kimi dəstəkləyir?

Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı ilkin dəyərləndirmələr və mövqelər ortaya qoyulmaqdadır. Bəzi ictimai şəxslər, siyasət adamları artıq seçkilərdə hansı namizədi dəstəkləyəcəyini açıqlayır, bununla bağlı düşüncələrini bölüşürlər.

 

Maraqlıdır, sənət adamları seçkilərlə bağlı nə düşünür?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Xalq artisti, aktyor Nurəddin Mehdixanlı deyib ki, dünən Azərbaycan Respublikası Yaradıcı İttifaqları və Mədəniyyət Xadimlərinin birinci qurultayı keçirilib və orada qarşıdan gələn prezident seçkiləri ilə bağlı bəyanat qəbul olunub:

 

“Tədbirdə qeyd edildi ki, Azərbaycan üçün tarixi hadisələrdən biri ölkəmizin suverenliyinin bütün ərazimizdə bərqərar olmasıdır. Bu mühüm tarixi nailiyyət isə Ali Baş Komandan İlham Əliyevin ölçülmüş siyasəti və liderliyi sayəsində mümkün olub. Yekunda İlham Heydər oğlu Əliyevin namizədliyinin dəstəklənəcəyi barədə qərar verildi və mən də bu bəyanatı dəstəkləyənlərdən biriyəm. Çünki dediyim kimi, Azərbaycanı qalib ölkəyə çevirən, ölkəmizin ərazi bütövlüyünü bərpa edən məhz İlham Əliyevdir. Ona görə də birmənalı olaraq Prezident İlham Əliyevin 7 fevral seçkiləri üçün layiqli və tək namizəd olduğunu düşünürəm”.

 

Əməkdar artist, rejissor Nicat Kazımov saytımıza açıqlamasında bildirib ki, prezident seçkilərində səs verəcəyi namizəd İlham Əliyev olacaq. O, səbəbləri bu cür izah edib:

 

“İlham Əliyev xalqımıza zəfər sevinci yaşadan ölkə başçısıdır. Bu baxımdan o, mənə görə prezidentliyə ən layiqli namizəddir. Prezidentimizin ölkəmiz üçün etdikləri göz qabağındadır. Bütün o nailiyyətlər, böyük işlər öz yerində, amma Qarabağın işğaldan azad olunması sevincini, fəxarətini bizə məhz Ali Baş Komandanımız bəxş etdi. Buna görə də mənim üçün başqa seçim ola bilməz. Nadir Şahdan bu yana bizə qalibiyyət gətirən dövlət başçımız yox idi”.

 

Əməkdar artist, tanınmış bəstəkar Cavanşir Quliyev də növbədənkənar prezident seçkilərində Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyib. O, Azərbaycan xalqının da Prezident İlham Əliyevi seçəyinə əmin olduğunu vurğulayıb:

 

“Mən özüm də növbədənkənar prezident seçkilərində İlham Əliyevə  səs verəcəm”.

 

Qeyd edək ki, son məlumata görə, Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 4-ə çatıb. Dekabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Bodrumda Elgizin başına gələnlər

Aparıcı Elgiz Əkbər Bodrumda istirahətdə olarkən başına gələni danışıb.   Sfera.az Axşam.az-a istinadla xəbər verir ki, aparıcı verilişində bir daha ...

"Tehranın artıq suyu yoxdur, paytaxt köçürülməlidir” - Pezeşkiyan

İran ciddi su böhranı ilə üzləşib. Prezident Məsud Pezeşkiyan vəziyyətin kritik olduğunu bildirərək, paytaxt Tehranın köçürülməsini təklif edib.  Sfer...

“Azərçay”la bağlı iddialara “Azersun”dan cavab: "Dəyişiklik yoxdur"

"Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən “Azerçay” məhsullarının dizaynında və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur"...

Pirallahıda əməliyyat keçirilib - 42 kq narkotik vasitə aşkar olunub

Pirallahı rayonunda keçirilən əməliyyat zamanı 1975-cı il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Pirallahı rayon sakini 50 y...

Gəncədə ev yanır

Gəncədə yanğın hadisəsi baş verib.   Sfera.az "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin Cavdaxan qəsəbəsində qeydə alını...

Ermənistanla sərhəddə nüvə təhlükəsi: “Partlamağa hazır saatlı bombadır”

Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası bölgə üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Mütəxəssislər sovet dövründə inşa edilən bu nüvə obyektin...