İstifadə etdiyi narkotikləri bəyənməyib polisə şikayət etdi

İstifadə etdiyi narkotikləri bəyənməyib polisə şikayət etdi

ABŞ-ın Florida ştatında Tomas Eugene Colucci adlı şəxs aldığı narkotikin (metamfetamin) saxta olduğunu düşünərək, digər insanların bundan təsirlənməsinin qarşısını almaq üçün polisə şikayət edib. Gənci həbs ediblər, üstəlik narkotiklər saxta olmadığı məlum olub.


Sfera.az bildirir ki, aldığı narkotikdən xoşu gəlməyən və onun keyfiyyətsiz olmasından şübhələnən şəxs dolandırıldığını düşünərək polisə müraciət edib.


Təhlükəsizlik qüvvələrinə “təcrübəli istifadəçi” olduğunu bildirən şəxs:
 

“Əvvəllər istifadə etmişəm, necə olduğunu bilirəm”-deyib.
 

O, aldığı maddənin hamam duzu olduğundan şübhələndiyini və buna görə də test tələb etdiyini bildirib.


Ünvanını təhlükəsizlik qüvvələrinə bildirən şəxsin evinə gələn polis həmin şəxsi həbs edib.


Adam bunu guya, digər insanların “saxta” narkotiklərdən istifadə etməməsi üçün edib.


Bundan əlavə, araşdırma zamanı narkotikin həqiqətən də metamfetamin olduğu məlum olub.


Polislər öz Facebook qruplarında bu hadisəni yumoristik paylaşımlarla bəzəyiblər:
 

“Sizin və ya tanıdığınız birinin əldə etdiyi qanunsuz narkotikin həqiqiliyinə şübhəsi varsa; Hernando County Polis İdarəsi bu xidməti PULSUZ təqdim etməkdən məmnundur.”


Facebook paylaşımının altına bənzər hadisələrə şahid olanlar şərhlər yazıblar.


“Mən də xəstəxananın laboratoriyasında işləyirdim. Bir dəfə bir adam bizdən yeni alıb istifadə etdiyi maddəni sınaqdan keçirməyimizi istədi. Birbaşa polisə göndərdim."
 

“Mən 5,5 il 911 Təcili Yardım xəttində işləmişəm. İnsanlar bizə dostlarının istifadə etdiyi dərmanların saxta olması ilə bağlı açıqlamalar verirdilər”.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“Azərçay”la bağlı iddialara “Azersun”dan cavab: "Dəyişiklik yoxdur"

"Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən “Azerçay” məhsullarının dizaynında və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur"...

Pirallahıda əməliyyat keçirilib - 42 kq narkotik vasitə aşkar olunub

Pirallahı rayonunda keçirilən əməliyyat zamanı 1975-cı il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Pirallahı rayon sakini 50 y...

Gəncədə ev yanır

Gəncədə yanğın hadisəsi baş verib.   Sfera.az "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin Cavdaxan qəsəbəsində qeydə alını...

Ermənistanla sərhəddə nüvə təhlükəsi: “Partlamağa hazır saatlı bombadır”

Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası bölgə üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Mütəxəssislər sovet dövründə inşa edilən bu nüvə obyektin...

Abşeronda sexdə yanğın oldu - VİDEO

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində sexdə yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112...

İstanbul yaxınlığında içərisində 12 nəfərin olduğu yaxta yanır

Türkiyənin İstanbul şəhəri yaxınlığında yerləşən Kınalıada ərazisində yaxta yanır.   Sfera.az xəbər verir ki, bu barədə "Haber Global" məlu...