Ərini TikTok-da izlədiyi videolarda görə boşayır

Ərini TikTok-da izlədiyi videolarda görə boşayır

37 yaşlı qadın TikTok sosial şəbəkəsini 12 illik evliliyini pozmaqda ittiham edib.


Sfera.az bildirir ki, qadın ərinin qondarma "ənənəvi həyat yoldaşı" haqqında videolara baxmağa başlayana qədər tamamilə xoşbəxt olduqlarını deyib.


Əri birdən-birə yemək bişirmək, təmizlik, uşaq böyütmək və Müqəddəs Kitab oxumaq kimi ənənəvi ailə dəyərləri və ev işlərinə öz karyeralarını qurban verən qadınları əks etdirən videolara baxmağa başlayıb.
 

“Tradwife” həştəqi ilə olan bu videolar 296,5 milyon baxış toplayıb.


Qadın iddia edib ki, bu ilin əvvəlindən əri belə videolara baxmağa başlayıb və o vaxtdan bəri çox dəyişib.
 

"İkimiz işləyirik, birlikdə ev işləri görür, uşaq böyüdürük. Heç vaxt şikayət etmirdi. Amma mart ayından qəribə davranmağa başladı. Görünüşümdən, hazırladığım yeməklərdən narazı idi. Şikayət edir ki, onunla kifayət qədər vaxt keçirmirəm”.
 

Ər ona karyerasını dayandırmağı və bütün vaxtını evdə qızları ilə keçirməyi təklif edib. Ancaq qadın razılaşmayıb. Bu, uzunmüddətli evliliklərinin bitməsinin başlanğıcı olub.
 

Daha sonra qadın sevgilisinin başqası ilə danışdığını eşidib.


"O, heç utanmadı da və tövbə də etmədi. Daha yaxşısına layiq olduğunu dedi"-deyən qadın, əlavə edir ki, bundan sonra nəhayət boşanmaq qərarına gəlib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Tehranın artıq suyu yoxdur, paytaxt köçürülməlidir” - Pezeşkiyan

İran ciddi su böhranı ilə üzləşib. Prezident Məsud Pezeşkiyan vəziyyətin kritik olduğunu bildirərək, paytaxt Tehranın köçürülməsini təklif edib.  Sfer...

“Azərçay”la bağlı iddialara “Azersun”dan cavab: "Dəyişiklik yoxdur"

"Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən “Azerçay” məhsullarının dizaynında və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur"...

Bodrumda Elgizin başına gələnlər

Aparıcı Elgiz Əkbər Bodrumda istirahətdə olarkən başına gələni danışıb.   Sfera.az Axşam.az-a istinadla xəbər verir ki, aparıcı verilişində bir daha ...

Pirallahıda əməliyyat keçirilib - 42 kq narkotik vasitə aşkar olunub

Pirallahı rayonunda keçirilən əməliyyat zamanı 1975-cı il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Pirallahı rayon sakini 50 y...

Gəncədə ev yanır

Gəncədə yanğın hadisəsi baş verib.   Sfera.az "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin Cavdaxan qəsəbəsində qeydə alını...

Ermənistanla sərhəddə nüvə təhlükəsi: “Partlamağa hazır saatlı bombadır”

Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası bölgə üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Mütəxəssislər sovet dövründə inşa edilən bu nüvə obyektin...