Həkim yanlışlıqları: Bunun cəzası varmı? - VƏKİLDƏN AÇIQLAMA   

Həkim yanlışlıqları: Bunun cəzası varmı? - VƏKİLDƏN AÇIQLAMA   

Son zamanlar həkimlərin yanlış diaqnoz qoymaları ilə bağlı şikayətlər artıb. Bəzən diaqnozdan sonra uyğun olmayan dərmanların verilməsi və müalicələrin aparılmasına görə, yaxud yanlış əməliyyatların aparılması ilə əlaqədar xəstənin sağlamlığına zərər dəyir.  Hətta ölüm halları belə baş verir.

 

Maraqlıdır, həmin həkimlər buna görə məsuliyyət daşıyırlarmı?

 

Sfera.az xəbər verir ki, bununla bağlı fikirlərini bölüşən vəkil Vamiq Şükürov deyib ki, belə səhvlər nəticəsində xəstənin sağlamlığına ağır zərər dəyirsə və ya ölüm halları baş verirsə, həkimlər Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar:

 

“Cinayət Məcəlləsinin 124-cü maddəsində qeyd olunur ki, ehtiyatsızlıqdan adam öldürməyə görə, şəxs iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə faktı baş verərsə, bu zaman iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 131-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan sağlamlığa az ağır zərərvurma yeddi yüz manatdan min iki yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ağır zərər vurma is min iki yüz manatdan iki min dörd yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

 

Vəkil həkimlərin hansı hallarda məsuliyyət daşımağını da açıqlayıb: “Həkim düzgün diaqnoz qoyub və lazımi tədbirləri görüb müalicə aparıbsa, əməliyyat zamanı vacib müdaxilələri vaxtında və düzgün şəkildə icra edibsə, bütün bunlara baxmayaraq xəstənin sağlamlığı pozulursa,  ölüm baş verirsə, o hər hansı məsuliyyət daşımır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

"Tehranın artıq suyu yoxdur, paytaxt köçürülməlidir” - Pezeşkiyan

İran ciddi su böhranı ilə üzləşib. Prezident Məsud Pezeşkiyan vəziyyətin kritik olduğunu bildirərək, paytaxt Tehranın köçürülməsini təklif edib.  Sfer...

“Azərçay”la bağlı iddialara “Azersun”dan cavab: "Dəyişiklik yoxdur"

"Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən “Azerçay” məhsullarının dizaynında və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur"...

Pirallahıda əməliyyat keçirilib - 42 kq narkotik vasitə aşkar olunub

Pirallahı rayonunda keçirilən əməliyyat zamanı 1975-cı il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Pirallahı rayon sakini 50 y...

Gəncədə ev yanır

Gəncədə yanğın hadisəsi baş verib.   Sfera.az "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin Cavdaxan qəsəbəsində qeydə alını...

Ermənistanla sərhəddə nüvə təhlükəsi: “Partlamağa hazır saatlı bombadır”

Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası bölgə üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Mütəxəssislər sovet dövründə inşa edilən bu nüvə obyektin...

Abşeronda sexdə yanğın oldu - VİDEO

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində sexdə yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112...