“Rusiyanın qalib gəlməsinə imkan verməməliyik” – Makronun bu mövqeyi Ukraynaya dəstəyi artıracaq?

“Rusiyanın qalib gəlməsinə imkan verməməliyik” – Makronun bu mövqeyi Ukraynaya dəstəyi artıracaq?

“Avropada Ukrayana dəstəklə bağlı şübhələr var. Hiss olunur ki, ABŞ da tərəddüd edir. Amma biz Kiyevin təhlükəsizliyini dəstəkləməyə və gücləndirməyə davam etməliyik”.

 

Bunu Fransa Prezidenti Emmanuel Makron deyib. O söyləyib ki, Ukraynanın dəstəklənməsi Avropaya sülh şəraitində yaşamağa imkan verəcək:

 

“Biz Rusiya ilə müharibə aparmırıq. Amma Rusiyanın qalib gəlməsinə imkan verməməliyik”.

 

Fransa lideri ölkəsinin mühüm qərarlar qəbul edəcəyini deyib, lakin detalları açıqlamayıb.

 

Bununl bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, gələcəkdə hazırkı fikrir ayrılığının daha da güclənməsi gözləniləndir:

 

“Ukraynadakı müharibə uzandıqca, vəziyyət mürəkkəbləşdikcə Qərbdəki ziddiyət də dərinləşəcək. Bu isə öz növbəsində Qərbin mövqeyinə, o cümlədən dəstək məsələsinə təsir göstərəcək. Gələcəkdə hərbi yardımın bir qədər azaldılması və daha da gecikdirilməsi istisna deyil. Fransa dövlət başçısının mühüm qərarlar barədə açıqlamasına gəldikdə isə rəsmi Parisin mövqeyində, yəqin ki, ciddi dəyişiklik olmayacaq”.

 

Müsahibimiz bildirib ki, Makron hökuməti Ukraynadakı müharibə ilə bağlı hazırkı mövqeyini davam etdirəcək:

 

“Mövcud dəstəyin kəskin şəkildə azaldılması və ya artırılması gözlənilmir. Sadəcə olaraq, Makron öz xeyrinə ictimai rəy yaratmağa, diqqət qazanmağa çalışıb”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

"Tehranın artıq suyu yoxdur, paytaxt köçürülməlidir” - Pezeşkiyan

İran ciddi su böhranı ilə üzləşib. Prezident Məsud Pezeşkiyan vəziyyətin kritik olduğunu bildirərək, paytaxt Tehranın köçürülməsini təklif edib.  Sfer...

“Azərçay”la bağlı iddialara “Azersun”dan cavab: "Dəyişiklik yoxdur"

"Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən “Azerçay” məhsullarının dizaynında və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur"...

Pirallahıda əməliyyat keçirilib - 42 kq narkotik vasitə aşkar olunub

Pirallahı rayonunda keçirilən əməliyyat zamanı 1975-cı il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Pirallahı rayon sakini 50 y...

Gəncədə ev yanır

Gəncədə yanğın hadisəsi baş verib.   Sfera.az "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin Cavdaxan qəsəbəsində qeydə alını...

Ermənistanla sərhəddə nüvə təhlükəsi: “Partlamağa hazır saatlı bombadır”

Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası bölgə üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Mütəxəssislər sovet dövründə inşa edilən bu nüvə obyektin...

Abşeronda sexdə yanğın oldu - VİDEO

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində sexdə yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112...