Priqojin necə öldürülüb? - “The Wall Street Journal” təfərrüatları YAZDI

Priqojin necə öldürülüb? - “The Wall Street Journal” təfərrüatları YAZDI

“Vaqner” PMC rəhbərlərinin uçduğu təyyarənin qanadının altına bomba qoyulmuşdu. Bu əməliyyatı Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) direktoru və Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev tərəfindən təşkil edilib".


Sfera.az xəbər verir ki, belə bir iddia ilə “The Wall Street Journal” Rusiyadakı və Qərbdəki mənbələrə istinadən çıxış edib. 


Nəşr qeyd edir ki, Priqojin üsyana başlayanda Patruşev bunu PMC rəhbərindən əbədi olaraq yaxa qurtarmaq üçün bir fürsət kimi görüb:

 

“Patruşev 2022-ci ilin yayında Priqojinin təhlükəli olması barədə Putinə xəbərdarlıq etməyə başlayıb. Lakin vaqnerçilər döyüş meydanında uğur qazandığı üçün prezident onun sözlərinə qulaq asmayıb”. 


Nəşrin həmsöhbəti, keçmiş Rusiya kəşfiyyatçısının sözlərinə görə, Putində Priqojinlə bağlı qənaət 2022-ci ilin oktyabrında dəyişib.

 

“The Wall Street Journal”ın mənbəyi iddia edir ki, Putin həmin dövrdə Priqojinin təhlükəli fiqura çevrildiyini anlayıb: “Putin gördü ki, Priqojin Kremlin nüfuzuna xələl gətirir. Xüsusən, Priqojinin tədarüklə bağlı şikayətləri, Rusiyanın hərbi rəhbərliyinə qarşı iddiaları ictimaiyyətdə də narazılıq yaratmağa başlamışdı. 2023-cü ilin iyununda Priqojin üsyana başlayanda Patruşev haqlı çıxdı və bu məsələnin həllində nəzarəti ələ keçirdi. Təhlükəsizlik Şurasının rəhbəri Priqojinə rəğbət bəsləyən zabitlərə zəng edərək onlardan vaqnerçiləri üsyanı dayandırmağa inandırmağı xahiş edib. Patruşev həm də qonşu ölkələrdə münaqişənin həlli üçün vasitəçilər axtarıb. Rusiya Aleksandr Lukaşenko və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi vasitəçi kimi görürdü”.

 

Nəşr yazır ki, üsyan bitdikdən sonra Patruşev qətl planı hazırlamağa başlayıb. “The Wall Street Journal”ın Qərb kəşfiyyat orqanlarından olan mənbələrinə görə, Putinə bu planlar sonradan göstərilib və o, buna etiraz etməyib: “2023-cü ilin avqustun 23-də Şeremetyevo hava limanında təyyarə yoxlanılan zaman onun qanadının altına kiçik bir bomba qoyulub. Maraqlıdır ki, təyyarə yoxlanılan zaman Priqojin orada olub. Amma o, bunun fərqinə varmayıb. Havaya qalxdıqdan yarım saat sonra, təxminən 8500 metr yüksəklikdə bomba partlayıb. Təyyarədə olan on nəfərin hamısı həlak olub. Kreml Priqojinin ölümündə əli olduğunu inkar edib”. 


Xatırladaq ki, təyyarənin qəzaya uğramasından bir müddət sonra Ukrayna Prezidenti Volodimir Zelenski Yevgeni Priqojinin ölümünə görə Vladimir Putini qınamışdı.

“Putin ağlını itirib. O, Priqojini öldürdü - ən azı bizdə bu məlumat var", - Ukrayna prezidenti açıqlayıb. Dövlət başçısı müvafiq qənaətlərin hansı faktlar əsasında verildiyini açıqlamayıb. 


Vasif
 


 


OXŞAR XƏBƏRLƏR

“Azərçay”la bağlı iddialara “Azersun”dan cavab: "Dəyişiklik yoxdur"

"Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən “Azerçay” məhsullarının dizaynında və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur"...

Pirallahıda əməliyyat keçirilib - 42 kq narkotik vasitə aşkar olunub

Pirallahı rayonunda keçirilən əməliyyat zamanı 1975-cı il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Pirallahı rayon sakini 50 y...

Gəncədə ev yanır

Gəncədə yanğın hadisəsi baş verib.   Sfera.az "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin Cavdaxan qəsəbəsində qeydə alını...

Ermənistanla sərhəddə nüvə təhlükəsi: “Partlamağa hazır saatlı bombadır”

Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası bölgə üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Mütəxəssislər sovet dövründə inşa edilən bu nüvə obyektin...

Abşeronda sexdə yanğın oldu - VİDEO

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində sexdə yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112...

İstanbul yaxınlığında içərisində 12 nəfərin olduğu yaxta yanır

Türkiyənin İstanbul şəhəri yaxınlığında yerləşən Kınalıada ərazisində yaxta yanır.   Sfera.az xəbər verir ki, bu barədə "Haber Global" məlu...