2024-cü ildə dünyanı gözləyən TƏHLÜKƏLƏR - Hansı müharibələr olacaq?

2024-cü ildə dünyanı gözləyən TƏHLÜKƏLƏR - Hansı müharibələr olacaq?

“Yaxın Şərdəki toqquşmalar və Rusiya-Ukrayna müharibəsi gələn il də davam edəcək”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, əsas təhlükə Şimali Koreyanın raket proqramı ilə bağlıdır:

 

“Şimali Koreya raket sınaqlarını davam etdirməklə yanaşı, qonşuları Cənubi Koreya və Yaponiya üçün ciddi təhdidlər yaradıb. Bu, Vaşinqtonu narahat edir. Çünki ABŞ-nin həm Cənubi Koreya, həm də Yaponiyada hərbi bazaları mövcuddur. Bu, o deməkdir ki, Şimali Koreya Cənubi Koreya və ya Yaponiyaya raket atarsa, ABŞ Pxenyana qarşı müharibəyə başlamalı olacaq”.

 

Ekspert qeyd edib ki, 2024-cü ildə gözlənilən digər təhlükələrdən biri Çinin bölgədə artan hərbi gücü ilə bağlıdır:

 

“Çin və Şimali Koreya bölgəyə Qərblə gərgin münasibətləri olan Rusiyanı da cəlb etməyə çalışırlar. Misal üçün, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirmək məqsədilə Şimali Koreyadan raketlər alır, Çinlə birgə dənizlərdə hərbi təlimlər keçirir. Bu hərbi təlimlər ən çox Yaponiyanı narahat edir. Çünki hərbi təlimlər Yaponiya sahillərinə yaxın ərazilərdə keçirilir. Tokio bu məqsədlə hərbi xərclərini keçmiş illərlə müqayisədə xeyli artırıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Qusman işdən çıxarılması ilə bağlı suala belə reaksiya verdi

TASS İnformasiya Agentliyindən ayrılmağımla bağlı indi geniş danışmaq istəmirəm. Bir həftəyə məsələ ilə əlaqədar ictimaiyyətə geniş açıqlama verəcəyəm.  ...

Rusiyada OMON İskəndər Xəlilovun oğlunun ofisinə basqın etdi - FOTO

Rusiya xüsusi təyinatlıları məşhur azərbaycanlı oliqarx İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovun ofisinə basqın ediblər.   Sfera.az Rusiya med...

Bodrumda Elgizin başına gələnlər

Aparıcı Elgiz Əkbər Bodrumda istirahətdə olarkən başına gələni danışıb.   Sfera.az Axşam.az-a istinadla xəbər verir ki, aparıcı verilişində bir daha ...

"Tehranın artıq suyu yoxdur, paytaxt köçürülməlidir” - Pezeşkiyan

İran ciddi su böhranı ilə üzləşib. Prezident Məsud Pezeşkiyan vəziyyətin kritik olduğunu bildirərək, paytaxt Tehranın köçürülməsini təklif edib.  Sfer...

“Azərçay”la bağlı iddialara “Azersun”dan cavab: "Dəyişiklik yoxdur"

"Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən “Azerçay” məhsullarının dizaynında və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur"...

Pirallahıda əməliyyat keçirilib - 42 kq narkotik vasitə aşkar olunub

Pirallahı rayonunda keçirilən əməliyyat zamanı 1975-cı il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Pirallahı rayon sakini 50 y...