“Qürurverici anlar idi” – Deputat Xankəndidə baş tutan matçdan DANIŞDI

“Qürurverici anlar idi” – Deputat Xankəndidə baş tutan matçdan DANIŞDI

“Dekabrın 21-də işğaldan azad olunmuş Xankəndi şəhərində keçirilən futbol matçı çox tarixi bir oyun idi. Çünki, 30 ildən çox idi, həmin yerlərə əsil sahiblərinin ayağı dəymirdi. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi matç idi”.

 

Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Onun sözlərinə görə, Xankəndi şəhər stadionunda keçirilən qarşılaşma hər bir azərbaycanlının arzusu idi.

 

“Biz Xankəndidə təkcə tarixi oyunun deyil, həm də böyük bayram əhval ruhiyyəsinin şahidi olduq. Bir zamanlar həmin stadiondan “Qarabağ Ermənistandır” ifadəsinə cənab Ali Baş Komandan elə həmin stadionda topa toxunduğu zərbə ilə cavab verdi. Bu toxunuşla Müzəffər Ali Baş Komandan bütün populist çıxışların layiqli cavabını vermiş oldu. Artıq Xankəndidə separatçılar yox, bu torpağın sahibləri var. Hər zaman Xankəndi və Qarabağdan xəbərlər verən erməni saytları isə bu tarixi oyunun xəbərini gizlətməyə çalışdı”.

 

Deputat bildirib ki, oyundan öncə komandaların meydana şəhid övladları ilə birlikdə çıxması, daha sonra Dövlət Himnimizin səsləndirilməsi, ardınca isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, cənab Ali Baş Komandanımızın möhtəşəm çıxışı və tribunaların 3 rəngli şanlı al bayraqlarımızla bəzənməsi çox qürurverici anlar idi:

 

“Xankəndi şəhərində keçirilən futbol oyunu tarixdə silinməz iz qoydu .Bu şəhər qədim Azərbaycan diyarıdır. Şanlı Azərbaycan Ordusu düşmənlərinə və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır. Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır.

 

Bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaq”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“Azərçay”la bağlı iddialara “Azersun”dan cavab: "Dəyişiklik yoxdur"

"Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən “Azerçay” məhsullarının dizaynında və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur"...

Pirallahıda əməliyyat keçirilib - 42 kq narkotik vasitə aşkar olunub

Pirallahı rayonunda keçirilən əməliyyat zamanı 1975-cı il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Pirallahı rayon sakini 50 y...

Gəncədə ev yanır

Gəncədə yanğın hadisəsi baş verib.   Sfera.az "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin Cavdaxan qəsəbəsində qeydə alını...

Ermənistanla sərhəddə nüvə təhlükəsi: “Partlamağa hazır saatlı bombadır”

Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası bölgə üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Mütəxəssislər sovet dövründə inşa edilən bu nüvə obyektin...

Abşeronda sexdə yanğın oldu - VİDEO

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində sexdə yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112...

İstanbul yaxınlığında içərisində 12 nəfərin olduğu yaxta yanır

Türkiyənin İstanbul şəhəri yaxınlığında yerləşən Kınalıada ərazisində yaxta yanır.   Sfera.az xəbər verir ki, bu barədə "Haber Global" məlu...