Azərbaycanda daha 17 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda daha 17 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib.

 

Sfera.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca çıxarılmış əmlaklara 91 sifariş qəbul edilib.

 

Rəqabətli keçən hərracda “Ford” markalı avtomobilin start qiyməti 15 000 manat olsa da, son təklif 42 000 manata yüksəlib. Start qiyməti 9 000 manat olan “Hyundai H-1” markalı nəqliyyat vasitəsi isə 14 090 manata özəlləşdirilib.

 

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //clck.ru/37DUS8 linki vasitəsilə tanış olmaq olar.

 

Hərraclarda iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və yaxud Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyərək iştirakçı statusu əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu il 18 milyard manatlıq məhsul satılıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhs...

Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi

Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamda dəyişiklik edilib.   Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyin...

Prezidentin təyin etdiyi yeni Hərbi Prokuror kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Hər...

Prezident onu hərbi prokuror təyin etdi

Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib.   Sfera.az  xəbər verir ki, Prezident İlham...

Əhalinin yanacaq xərcləri artdı

Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 156 mln. manat xərclənib. ...

43 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iyunun 10-da dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı daha bir hərrac keçirəcək....