Uşaq atada, yoxsa anada qalmalıdır? - Boşanma zamanı hansı məqamlar nəzərə alınır?

Uşaq atada, yoxsa anada qalmalıdır? - Boşanma zamanı hansı məqamlar nəzərə alınır?

Boşanmalar zamanı ən problemli və aktual məsələlərdən biri də uşağın atada, yoxsa anada qalmasıdır. Ölkəmizdə əsasən hər hansı bir əngəl olmadığı təqdirdə övladın anaya verilməsi uyğun görülür. Bu zaman isə uşaq ata qayğısından uzaq böyümüş olur.

 

Bəs, bu nə dərəcədə doğrudur?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Səbuhi Axundov bildirib ki, boşanma zamanı valideynin iş rejimi, uşağın inkişafı və ona göstərilən münasibət məhkəmədə nəzərə alınan əsas məqamlardandır:

 

“Valideynlərdən birinin maddi vəziyyətinin qənaətbəxş olması uşağın onda qalması üçün əsas hesab edilmir. Məhkəmə əsasən kiçik yaşlardakı uşağın ana qayğısına ehtiyacının böyüklüyünü  əsas gətirir və qərar da buna uyğun verilir. Əgər məhkəmə prosesində valideynlər arasında problem yaranarsa, məsələyə “Qəyyumluq və Himayə orqanı” cəlb olunur. Həmin orqan 10 yaşına çatmış uşaqların fikrini qiymətləndirir və müvafiq qərar verir”.

 

Psixoloq Ülviyyə Kərim isə mövzu ilə bağlı bildirib ki, 3 yaşına qədər uşaqlar mütləq ana himayəsində qalmalıdır:

 

“3 yaşından sonrakı emosional dönəmdə həm atanın, həm də ananın ayrıca rolları var. Ona görə də ayrılan cütlüklər övladları naminə dost münasibətini qoruyub saxlamalıdırlar”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...