Azərbaycanda bacılar vanna otağında qazdan zəhərləndi

Azərbaycanda bacılar vanna otağında qazdan zəhərləndi

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, hadisə rayonun Poylu kəndində baş verib.

 

Kənd sakinləri, iki bacı - 2011-ci il təvəllüdlü R.Hacızadə və 2013-cü il təvəllüdlü G.Hacızadə yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib.

 

Hər iki yeniyetmə xəstəxanaya yerləşdirilib.

 

Dərhal onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilib. (APA)


OXŞAR XƏBƏRLƏR