Naxçıvanda yeni nazir müavini təyin edildi

Cəmiyyət
18:17 / 20.12.2023
6521
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin edilib.
Sfera.az xəbər veriri ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.
Sərəncama əsasən, Aqil Qəribov nazir müavini vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, A.Qəribov bu vəzifəyə qədər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin aparat rəhbəri kimi çalışıb.