Şuşaya giriş məhdudlaşdırılır? - RƏSMİ

Cəmiyyət
15:23 / 20.12.2023
4947
Bu gün bir sıra yerli KİV orqanlarında 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb.
Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda xüsusi nümayəndələyindən bildirilib ki, Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb.