Əli İnsanov İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədi

Əli İnsanov İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədi

Haqq Ədalət Partiyasının Mərkəzi Qərargahında partiyanın İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib.

 

İclasda İdarə Heyətinin üzvləri, HƏP Bakı şəhəri rayonları və Abşeron rayonu təşkilatlarının sədrləri, Respublika Regional Mərkəzlərin rəhbərləri (5 nəfər onlayn), HƏP Ali Məclisinin sədr müavinləri, HƏP Ali Məclisinin 14 komissiya sədrləri, HƏP Mərkəzi İcra Aparatının müavinləri, HƏP Sədrinin müşavirləri, Ağsaqqallar Şurası, Qadınlar Şurası və Gənclər Təşkilatının rəhbərləri və partiyanın aparıcı üzvləri iştirak ediblər.

 

İclası giriş sözü ilə HƏP sədri Əli İnsanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 7 dekabr 2023-cü il tarixli sərəncamı ilə 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi qərara alınıb. 2023-cü il dekabrın 15-də hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin geniş iclasında Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin namizədliyi irəli sürülüb və yekdilliklə qəbul edilib.

 

Əli İnsanov deyib ki, İlham Əliyevin növbədənkənar Prezident seçkilərində namizədliyi barədə YAP-ın qəbul etdiyi qərarı dəstəkləməliyik: “Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi 20 ildə həyata keçirdiyi işlər və böyük nailiyyətlər bizə tam əsas verir ki, deyilən qərarı dəstəkləyək və müvafiq qərar qəbul edək”.

 

İclasın sonunda Haqq Ədalət Partiyası adından 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə yekdilliklə qərar və bəyanat qəbul edilib.//APA


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...