“Rabita Mobile” tətbiqi “NETTY 2023” mükafatına layiq görülüb

“Rabita Mobile” tətbiqi “NETTY 2023” mükafatına layiq görülüb

Rabitəbankın “Rabita Mobile” tətbiqi “NETTY 2023” Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb.

 

Tətbiq virtual münsiflər heyəti və ekspert şurasının səsverməsi nəticəsinə görə tətbiqlər və utilitilər üzrə “Maliyyə, bankçılıq və fintech” nominasiyasında “İlin mobil tətbiqi” elan olunub.

 

2005-ci ildən keçirilən NETTY Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır.

 

İnnovativ həllər təklif edən və rəqəmsal imkanlarını daim genişləndirən “Rabita Mobile” tətbiqi müştərilərin həyatını daha da asanlaşdırmağı hədəfləyib.

 

Tətbiq dünyanın istənilən nöqtəsində və istənilən vaxtda bank xidmətlərindən operativ və rahat şəkildə istifadə etməyə imkan verir. Artıq banka getmədən tətbiq vasitəsilə 700-dən çox ödəniş, 200-dən çox ölkənin kartına sərfəli pul köçürmələri, onlayn kart sifarişi və kredit ödənişi xidmətlərindən istifadə etmək mümkündür. Tətbiqin “hesabı böl” (split bill) funksiyası ilə istənilən ödənişi dostlar arasında bölmək və toplanılan ƏDV-ləri komissisiyasız nağdlaşdırmaq olar.

 

Bundan başqa, “Rabita Mobile” tətbiqinə əlavə edilmiş “TezÖdə” funksiyası ilə müxtəlif ödənişləri rahat və növbəsiz şəkildə etmək mümkündür. Daha sürtəli xidmət göstərmək üçün tətbiqdə onlayn çat da fəaliyyət göstərir. 

 

“Rabitəbank” ASC Azərbaycanın 16 region və Bakı şəhərində 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...