Bakıda 21 mərtəbəli binada yanğın BAŞLADI - FOTO

Paytaxtın Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsində yerləşən binada yanğınla əlaqədar polis əməkdaşları xidmətə çıxarılıb.
Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ərazidə polis əməkdaşları təhlükəsizlik tədbirləri görür.
09.11
Bakıda çoxmərtəbəli yaşayış binası yanır.
Sfera.az xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada qeydə alınıb.
Yanğın 16 mərtəbəli binanın zirzəmisindən başlayıb və yuxarı mərtəbələrə keçib. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.