Azərbaycanda taksi qiymətləri BAHALAŞDI

Azərbaycanda taksi qiymətləri BAHALAŞDI

Bu gündən "Bolt" taksi şirkəti gediş haqqını 10 faiz bahalaşdırıb.

 

Sfera.az xəbər verir ki, bu barədə "Bolt"taksi şirkətinin sürücüləri məlumat veriblər.

 

Bildiriblər ki, iki gündür şirkətdən onlara gediş haqqında 10 faiz artımın olacağı barədə bildiriş xarakterli sms gəlib. Bu gündən isə qiymət artımı tətbiq edilib. "Bolt" taksi şirkətinin Zülfiqar adlı sürücüsü bildirib ki, gedişhaqqında bahalaşma yaxın məsafələrə tətbiq edilib. Sürücülərə isə uzaq məsafəyə gediş haqqının artırılması daha sərfəlidir.

 

"Bolt" Azərbaycan şirkəti taksilərdə 10 faiz qiymət artımının olduğunu təsdiqləyib. Şirkətdən bildirlib ki, hal-hazırda 10 faiz qiymət artımı olub. Bu artım bütün sifarişlərə aiddir.

 

Məlumat üçün bildirək ki, hazırda "Bolt" taksidə minimal gediş haqqı 2,50 AZN-dir. (Sputnik)


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...