Elşad Miridən gündəmi alt-üst edən AÇIQLAMA

Elşad Miridən gündəmi alt-üst edən AÇIQLAMA

Bizim dini təlimlərə əsasən, dini əməllər arasında namaz ilk ibadət əməli sayılır. İnsanın namazı qəbul olsa, digər ibadət əməlləri də qəbul olar deyirlər. Digər tərəfdən, Quran ayələrinin buyurduğuna əsasən, kiçik miqdarda yaxşı əməl edən hər kəs, onun savabını alacaq. Məlumdur ki, bu ayələrə əsasən, ölçü tərəzisində əgər xeyir əməllər üstün olsa, insan namaz qılan olmasa da, nicat əhli olmalıdır.

 

Qeyd etməliyik ki, namazı tərk etməyin iki səbəbi ola bilər. Birincisi ibadət əməli olaraq onu inkar etmək. Bu inkar və tərk əzaba və cəhənnəmə səbəb olduğu bildirilir. İkincisi isə namazı inkar üzündən deyil, tənbəllik və səhlənkarlıq üzündən tərk etmək, bu isə müzakirə mövzusudur ki, namaz qılmayanlar və ya onu tərk edənlərin yeri cəhənnəmdir?

 

Məsələ ilə bağlı danışan ilahiyyatçı Elşad Miri Referans.az-a bildirib ki, ümumiyyətlə, namazın birinci və ya ikinci ibadət olması deyə bir anlayış yoxdur:

 

“Quran bunları hansısa bir cərgəyə, sıraya qoymur. Sadəcə olaraq bu gün əldə olan bilgilərə görə deyəndə hər şeydən əvvəl bilmək, mahiyyətini dərk etmək, anlamaq, anladığımız şəkildə Allaha qulluq etmək gəlir. Allaha qulluq etməyə gəldikdə isə bunun yolları müxtəlifdir. Dürüst yaşamağımız, həyatımızı düzgün tənzimləməyimiz və halalı-haramı nəzərə alaraq yaşamağımız birinci növbədə gələn məsələlərdir. Digər məsələlər isə Allahla ünsiyyət, eyni zamanda Quranın təlimi namazla həyata keçirilir. Bu olduğu zaman Allahın əmrinə və buyurduğuna əməl etmiş oluruq. Etmədiyimiz zaman Allahın buyurduğuna əməl etməmiş oluruq”.

 

İlahiyyatçı qeyd edib ki, namazı qılmayanın cənnətlik və ya cəhənnəmlik məsələsinə gəldikdə isə Quranda namazın insanları mənfilikdən, əxlaqsızlıqdan və digər mənfi şeylərdən uzaqlaşdırdığı bildirilir. Onun sözlərinə görə, əgər bunlardan uzaqlaşdırmırsa, həmin namaz insanları necə cənnətə apara bilər: "Bu sadəcə əyilib qalxmaqdan ibarət olan bir məsələyə çevrilmirmi? Faktiki olaraq Qurana baxdığımız zaman namaz qılmayanın hər hansı bir cəzasını görmürük. Amma Allahın əmridir, buyurduğudur. Yəni namaz qılan bir insanın qıldığı namazına görə Allahın Allahlığı artmır. Bir insan Allahın buyurduğunun əksinə gedərək, namaz qılmadığı zaman da Allahın Allahlığı azalmır”.

 

Burada fayda və ya zərər yenə də insanın özü ilə əlaqədar olan bir məsələdir, çünki bizi yaradan bizdən daha yaxşı bilir. Ona görə də, məsələyə həmişə bu prizmadan yanaşmalıyıq. Təəssüflər olsun ki, bu gün məzhəblər "namaz qılmayanlar öldürülməlidir" kimi İslama uyğun olmayan fətvalar veriblər. Bunlarla bağlı hökumlər qoyublar. Bu gün ilahiyyatçılar və s. bu məsələni gündəmə gətirməyib gizlətməyə çalışsalar da, bu məzhəblərdə olan bir məsələdir. Buna görə də, Qurana zidd bir din anlayışı formalaşdırırlar – deyə Elşad Miri əlavə edib.


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...