ADY: "Qatarların sürət həddi bərpa olunub"

Cəmiyyət
14:21 / 18.12.2023
6398
Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qeyri-sabit hava şəraitində şəhərətrafı və regionlar üzrə fəaliyyət göstərən sərnişin və yük qatarlarının aşağı endirilmiş sürət həddi bərpa olunub.
Bu barədə Sfera.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata görə, sərnişinlərdən bir daha qış mövsümündə platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur.