Brent markalı neftin qiyməti bahalaşdı

Brent markalı neftin qiyməti bahalaşdı


Neftin qiyməti 10 həftəlik minimumu yeniləyib.

Dünya bazarlarında neftin qiymətləri açıqlanıb.

Bu barədə Sfera.az Bloomberg-ə istinadən xəbər verir. 

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,16% artaraq 44,82 dollar olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07% ucuzlaşaraq 43,38 dollar təşkil edib.

APA-nın məlumatına görə, Brent markalı neftin bahalaşmasına baxmayaraq, "qara qızıl”ın qiyməti aşağı səviyyədə qalmaqdadır ki, buna da bir neçə amil təsir edir. 

Nefti ucuzlaşdıran əsas amil tələblə təklif arasında balansın pozulmasıdır. Başqa sözlə, bazarda tələbatdan təxminən 2 milyon barrel artıq neft təklif olunur.

İran və bir sıra iri istehsalçılar hasilatı artırdığı bir vaxtda, "Baker Hughes” servis şirkəti ötən həftə ABŞ-da aktiv neft buruqlarının sayının artdığını elan edib. 

Maraqlıdır ki, bu proseslər neftin qiymətlərini nizama salmağa çalışan OPEK-in Vyanadakı toplantısı ərəfəsində baş verir.

Son 3 həftə ərzində neftin qiyməti 52 dollardan 45 dollaradək azalıb. Bu isə OPEK üzvlərinin Vyanada keçiriləcək toplantıda ortaq məxrəcə gələcəyinə inamı azaldır.


OXŞAR XƏBƏRLƏR

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...