Qazaxda avtomobil sərxoş piyadanı vuraraq öldürüldü

Qazaxda avtomobil sərxoş piyadanı vuraraq öldürüldü

Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a bildirilib ki, bu gün 20:30 radələrində Qazax rayon Daş Salahlı kəndi ərazisində piyada Təvəkkül Musayev sərxoş halda yolu keçmək istəyərkən hərəkətdə olan VAZ-21099 markalı avtomobilin yan güzgüsünə dəyib, sonra arxadan gələn Mercedes markalı avtomobil tərəfindən vurulub.

 

Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR