"Xoşqədəmdən heç nə gizlətmirəm, ondan qorxuram"

Türkiyəli müğənni Doğuş "2. sayfa" proqramında qonaq olub. O, teleaparıcı Xoşqədəm Hidayətqızı ilə evli olduğu halda başqa qadınla dini nikahda olması ilə bağlı çıxan iddiaların münasibətlərinə necə təsir etməsindən danışıb.

 

Sfera.az-ın məlumatına görə, ifaçı sözügedən məsələni Xoşqədəmin də araşdırdığını deyib. O, həyat yoldaşından qorxduğunu və ondan heç nə gizlətmədiyini əlavə edib:

 

"Əgər vacib bir şey olsaydı, evliliyimizə təsir edərdi. Çünki heç bir qadın belə bir şeyi qəbul etməz. Hələ mənim xanımım, ümumiyyətlə. Bu mövzu ilə əlaqədar vəkilim zamanı gələndə açıqlama verəcək və hər cür nöqtəni qoyacaq.

 

Həyat yoldaşım bu mərhələni gülüb-oynayaraq keçdi. Çünki hər şeydən xəbəri var. Mən ondan heç nə gizlətmirəm. Ona deyirəm ki, bu belədir, o elə. Deyir ki, yaxşı. Bir də kəşfiyyatçı kimi qadındır. 30 ildir qovuşa bilməyənləri birləşdirir. Sizcə mümükündür, ona yalan demək? Gözləmədiyin yerdən gözləmədiyin insanları qarşına çıxardar. Həyat yoldaşından qorxmayan kafirdir. Özü də necə qorxuram. Bu mövzu da araşdırmışdır, ona görə də rahatdır. O mənim sultanımdır. Telefonumu qoyuram, şifrəni bilir. Mən nələr yaşamışam, bunlar heç nədir".

 

Qeyd edək ki, Esra adlı qadın Türkiyənin "Show TV" kanalında yayımlanan "Didem Arslan Yılmazla Asla vazgeçme" verilişinə gələrək, Doğuşun onunla dini nikaha girdiyini deyib.  

 

Məsələ ilə bağlı Doğuş və Xoşqədəm məhkəməyə müraciət edib.

 

Doğuş və Xoşqədəm 2014-cü ildə ailə həyatı qurub. Onların bu evlilikdən əkiz oğulları var.


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...