"Hətta erməni qızını yanına gətiriblər ki, bəlkə, oğlum..." - Aqşinin anası

Əsirlikdən azad olunan Hüseyn Axundov və Aqşin Bəbirovun anaları övladlarının yaşadıqları dəhşətlərdən danışıblar.

 

Sfera.az baku.tv-yə istinadən xəbər verir ki, Aqşinin anası Dürdanə Bəbirovanın sözlərinə görə, oğlunun əsirlikdə gördüyü işgəncələri eşitdikdən sonra hələ də özünə gələ bilmir:

 

"Namaz qıldığı vaxt oğlumun başını divara vurub partladıblar. Əl-ayağını bağlayıb "tok"a verirmişlər, ölümcül vəziyyətə gələndə buraxırmışlar. Kəlbətinlə dırnaqlarını çıxarmağa çalışıblar".

 

D.Bəbirova Aqşinin heç bir erməni zülmündən qorxmadığını vurğulayıb:

 

"Bir qadın səsi gəlib. Hüseynə deyib ki, qadın ağlayır, birdən bizim əsirlərdən olar, öldürsələr də, onun üçün sinəmi qabağa verəcəyəm. Qadın isə erməni imiş. Hətta erməni qızını yanına gətiriblər ki, bəlkə, oğlum onunla evlənə".

 

Hüseynin anası Şəlalə Axundova isə oğlunun əsirlikdən sonrakı psixoloji vəziyyətindən danışıb:

 

"Hərəkətlərindən başa düşürük ki, yaxşı deyil.Qardaşına işgəncələrdən danışır, mən içəri girəndə hər şeyi gizlədir. Gəldiyi gecə yatmayıb. Yemək verdik, dedi ki, yeməyə baxanda ürəyim bulanır. Deyir, əsirlikdə bir qaşıq yemək verirdilər. Onu da yerə dağıdırdılar, heç yemirdik".


OXŞAR XƏBƏRLƏR

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...