Rusiyadan Azərbaycana pul köçürmələri 3 dəfə azalıb – Rəqəmlər

Rusiyadan Azərbaycana pul köçürmələri 3 dəfə azalıb – Rəqəmlər

Bu il xaricdən fiziki şəxslər tərəfindən Azərbaycana göndərilən pulun məbləği ötən illə müqayisədə xeyli azalıb.

 

Sfera.az xəbər verir ki, 2022-ci ilin 9 ayında 2,78 milyard dollar dəyərində pul vəsaiti göndərildiyi halda, bu ilin eyni dövründə 1,28 milyard dollar dəyərində pul vəsaiti göndərilib. Müqayisədən görünür ki, 2023-cü ilin 9 ayında göndərilən pulun məbləği 1,5 milyard dollar, yəni 2,17 dəfə azalıb.

 

Xaricdən göndərilən pulun kəskin azalmasına səbəb Rusiyadan köçürmələrin azalması ilə bağlıdır. Bu il Rusiyadan göndərilən pulların ümumi məbləği 2,7 dəfədən çox azalıb.

 

Ötən ilin 9 ayında Rusiyadan 2,27 milyard dollar göndərilmişdisə, cari ildə 829 milyon dollar göndərilib. Rusiyadan göndərilən pulların ümumi məbləği 1,44 milyard dollar azalıb.

 

Ciddi azalma ABŞ-dən göndərilən pullarda da qeydə alınıb. Son bir ildə ABŞ-dən göndərilən pullarda azalma 80,5 milyon dollar təşkil edib. ABŞ-dən ötən il 137,5 milyon dollar göndərildiyi halda, bu il 57 milyon dollar göndərilib.

 

Xaricdən fiziki şəxslərin göndərdiyi pulun ümumi məbləğinin kəskin azalmasına baxmayaraq mövcud məbləğ əvvəlki illərlə müqayisədə xeyli yüksəkdir. Belə ki, 2020 və 2021-ci illərin ilk 9 ayı ərzində xaricdən Azərbaycana 680-772 milyon dollar göndərilmişdi ki, bu da 2023-cü ilin nəticəsindən xeyli azdır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...