Qonaq getdikləri evdə dəm qazından zəhərləndilər

Qonaq getdikləri evdə dəm qazından zəhərləndilər

Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

 

2000-ci il təvəllüdlü Ayşən Nəbiyeva və onun azyaşlı övladı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, ana və övladı qonaq getdikləri evin vanna otağında dəm qazından zəhərləniblər.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR