Zaqatalada DƏHŞƏT: çaqqal dərsə gedən uşaqlara hücum etdi: 5 yaralı

Zaqatalada DƏHŞƏT: çaqqal dərsə gedən uşaqlara hücum etdi: 5 yaralı

Zaqatalada dərsə gedən iki şagird və daha üç nəfər çaqqal hücumuna məruz qalıb.

 

Sfera.az xəbər verir ki, hadisə rayonun Muxax kəndində baş verib.

 

Kənd sakinləri, Muxax kənd 2 saylı tam orta məktəbin şagirdləri - 2012-ci il təvəllüdlü Məryəm Çingiz qızı Mahmudova, 2012-ci il təvəllüdlü Röyal Rövşən oğlu Gəncəliyev dərsə gedən zaman yolda çaqqalın hücumuna məruz qalıblar. Eyni anda çaqqal ərazidə olan daha üç nəfər kənd sakini - 1993-cü il təvəllüdlü Dilrubə Bayram qızı Tahirova, 1988-ci il təvəllüdlü Fatimə Zahid qızı Rəcəbova və 1986-cı il təvəəlüdlü Leyla Şaban qızı Ömərovaya hücum edərək xəsarət yetirib.

 

Hər iki şagirdə və kənd sakinlərinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) mavafiq yardım göstərilib, quduzluq əleyhinə zərdab vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

 

Qeyd edək ki, çaqqal sakinlər tərəfindən öldürülüb. Çaqqaldan kənd baytar həkimi tərəfindən laborator nümunə götürülüb. (APA)


OXŞAR XƏBƏRLƏR

"Moskva və Kiyev arasında danışıqları dəstəkləyirik" - Çin XİN

Çin Ukraynada sülhə nail olmaq üçün bütün təşəbbüsləri, xüsusən də Moskva və Kiyev arasında danışıqlar təklifini dəstəkləyib.   Sfera.az “Globa...

Keçmiş əsgərlərdən etiraf: “Silahsız insanları yuxuda öldürürdülər”

Britaniya Xüsusi Qüvvələrinin sabiq üzvləri, Əfqanıstan və İraqda törədilən müharibə cinayətləri ilə bağlı şok açıqlamalar veriblər.    Sfera.az...

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...