Baş redaktor: “Beynəlxalq hüquq müdafiə təşkilatlarının Fransa ilə bağlı susması ikrah doğurur”

Baş redaktor: “Beynəlxalq hüquq müdafiə təşkilatlarının Fransa ilə bağlı susması ikrah doğurur”

“AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın peşə fəaliyyətini yerinə yetirən zaman heç bir hüquqi əsas olmadan saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılması Fransanın söz və fikir azadlığına, jurnalistin informasiya əldə etmək hüququna göstərdiyi açıq hörmətsizlikdir. Bu hadisə bir daha sübut edir ki, söz və ifadə azadlığı, demokratiya kimi dəyərlərə bürünmək Fransa üçün imitasiyadan başqa bir şey deyil və digər ölkələrə təzyiq vasitəsidir”.

 

Sfera.az xəbər verir ki, bu sözləri Editor.az İnformasiya Portalının baş redaktoru, siyasi şərhçi Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, bir neçə ildir Makronun yarıtmaz siyasəti səbəbindən ciddi siyasi və iqtisadi böhran keçirən Fransa kiçik bir insidentdə demokratiyaya olan əsl münasibətini ortaya qoydu: “Azərbaycanlı jurnalistə qarşı törədilən vəhşilik və hüquqsuzluq Makronun diktator və müstəmləkəçi mahiyyətini ortaya qoyur. Bu hadisə demokratiyanın bütün təməl dəyərlərinə açıq hörmətsizlikdir. Bu Fransada müstəqil mətbuata qarşı olan ilk hücum deyil. Bu ilin sentyabrında da rus media nümayəndələrinin Makronun mətbuat konfransında iştirakı əngəllənmişdi. Bu o deməkdir ki, Fransanın müstəmləkəçi siyasətini dəstəkləməyən bütün jurnalistlər bu ölkənin düşmənidir”.

 

Fərid Şahbazlının sözlərinə görə, Azərbaycan və Prezident İlham Əliyevin xarici media nümayəndələri ilə davranışları bu xüsusda özünü demokrat adlandıran bütün Qərb liderlərinə örnək olmalıdır: “44 günlük Vətən Müharibəsi dövründə gərgin şəraitdə başda Fransa olmaqla, bir sıra Qərb mediası tərəfindən Prezident İlham Əliyevə qərəzli, obyektivlikdən kənar və jurnalist etikasına sığmayan suallar ünvanlanırdı. Dövlət başçısı bütün bu qərəzli suallara yüksək səbr, peşəkarlıqla və tarixi faktlara əsaslanaraq cavablar verdi”.

 

Baş redaktor qeyd edib ki, Azərbaycanda baş verən hər xırda hadisədən faciə düzəldən, ard-arda bəyanatlar verən beynəlxalq hüquq müdafiə təşkilatlarının Fransanın jurnalistə qarşı hüquqsuz davranışı ilə bağlı susqunluğu təəssüf və ikrah doğurur.


OXŞAR XƏBƏRLƏR

ABŞ-də varlılara yüksək vergilər tətbiq edilə bilər - Tramp razılığını verdi

ABŞ Prezidenti Donald Tramp cümə günü verdiyi açıqlamasında varlı amerikalılar üçün vergi dərəcəsinin artırılmasına qarşı olmayacağını bildirib. Tramp bu fikrin...

Tramp Çinə xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp cümə günü Truth sosial şəbəkəsində verdiyi açıqlamada Çin hakimiyyətini sərt tənqid edib.   Sfera.az xəbər verir ki, bild...

"Pakistana çox sərt cavab veriləcək" - Hindistan XİN

Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Pakistanın mümkün hərbi hərəkətlərinə qarşı “çox sərt” cavab veriləcəyini bəyan edib. ...

Fridrix Merz: “Ciddi danışıqlar başlaya bilər”

Almaniyanın kansleri Fridrix Merz bu həftə sonu Ukrayna münaqişəsinə son qoymaq məqsədilə “ciddi danışıqların” başlanacağına ümid etdiyini bildirib....

Mayın 10-u və 11-i ilə bağlı XƏBƏRDARLIQ... - İki gün...

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq olunub.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti mayın 10-11-də bəzi bölgələrdə gö...

Ətir alarkən aldanmayın - Qoxunun necə dəyişdiyini izləyin

Ətir insanın xarakterini və zövqünü əks etdirən incə bir detaldır. Gündəlik həyatda özümüzü daha inamlı və cəlbedici hiss etməyimizə kömək edir. Lakin bazarda m...