“Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır, bu, bizim legitim hüququmuzdur” - Prezident

“Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır, bu, bizim legitim hüququmuzdur” - Prezident

“Ermənistanın hazırda iki variant var. Birincisi, öz xərcləri, yaxud da Avropa fondlarının pulu ilə dərhal 42 kilometrlik məsafədə dəmir yolu çəksinlər. Biz bunu, əslində, onların suveren ərazisi hesab edirik və suverenliklə bağlı bizim şərtimiz yoxdur. Lakin Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil. Bu, bizim legitim hüququmuzdur”.

 

Sfera.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş beynəlxalq forumda çıxışı zamanı deyib.

 

Nikol Paşinyanla Brüsseldə müzakirə edilən məsələlərdən birinin Rusiyanın Kalininqradla dəmir yolu xətti təcrübəsinə əsaslandığını vurğulayan dövlətimizin başçısı Ermənistan bunu istəmədiyini vurğulayaraq deyib:

 

“Onlar istəyirlər ki, bizə bu çıxış verilməsin, onun qarşısı alınsın. Onlar gördülər ki, biz bunu etmirik, başladılar şikayətlə çıxış etməyə. Beləliklə, biz Dövlət Departamentinin rəsmisindən müəmmalı bəyanat eşitdik. Birləşmiş Ştatlar qeyd etdi ki, əgər bu, Ermənistandan keçməsə, onlar buna imkan verməyəcəklər. Biz də öz-özümüzə sual veririk, bu nə deməkdir? Çünki biz bunu Ermənistana üç il idi ki, söyləyirdik. Əgər istəyirsinizsə ki, bu, Ermənistan ərazisindən keçsin, onda bunu erməni dostlarınıza deyin.

 

Siz İranla münasibətlərimizə necə müdaxilə edə bilərsiniz? Yəni onlar deyirlər ki, biz buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Bu, necə ola bilər? Belə məsuliyyətsiz bəyanatlar bu və ya digər tərəfə yaxşı töhfə vermir. Əfsuslar olsun ki, bu, əslində, sabitliyi, regiondakı proqnozlaşdırmanı daha da çətinləşdirir, o cümlədən bağlantı layihələrinə də təsir göstərir”.


OXŞAR XƏBƏRLƏR

ABŞ-də varlılara yüksək vergilər tətbiq edilə bilər - Tramp razılığını verdi

ABŞ Prezidenti Donald Tramp cümə günü verdiyi açıqlamasında varlı amerikalılar üçün vergi dərəcəsinin artırılmasına qarşı olmayacağını bildirib. Tramp bu fikrin...

Tramp Çinə xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp cümə günü Truth sosial şəbəkəsində verdiyi açıqlamada Çin hakimiyyətini sərt tənqid edib.   Sfera.az xəbər verir ki, bild...

"Pakistana çox sərt cavab veriləcək" - Hindistan XİN

Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Pakistanın mümkün hərbi hərəkətlərinə qarşı “çox sərt” cavab veriləcəyini bəyan edib. ...

Fridrix Merz: “Ciddi danışıqlar başlaya bilər”

Almaniyanın kansleri Fridrix Merz bu həftə sonu Ukrayna münaqişəsinə son qoymaq məqsədilə “ciddi danışıqların” başlanacağına ümid etdiyini bildirib....

Mayın 10-u və 11-i ilə bağlı XƏBƏRDARLIQ... - İki gün...

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq olunub.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti mayın 10-11-də bəzi bölgələrdə gö...

Ətir alarkən aldanmayın - Qoxunun necə dəyişdiyini izləyin

Ətir insanın xarakterini və zövqünü əks etdirən incə bir detaldır. Gündəlik həyatda özümüzü daha inamlı və cəlbedici hiss etməyimizə kömək edir. Lakin bazarda m...