Saatlıda sənədsiz silahlar polisə təhvil verildi
Cəmiyyət
20:50 / 05.12.2023
13175
Saatlı rayonunda iki nəfər müvafiq sənədləri olmayan ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Qeyd olunub ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirir.